PBS
Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda əldə olunmuş razılaşmalara uyğun olaraq, ölkəsinin tezliklə Qara dənizdən taxıl ixracını bərpa edəcəyini açıqlayıb.
Bu barədə "Svoboda.org"-un məlumatında bildirilir.
“Bizim dəhlizimiz var, sularımızda ona Ukrayna nəzarət edir və oradakı [gəmilərin] yoxlanmasını yalnız ukraynalılar həyata keçirəcək”, - deyən Zelenski Rusiya iddialarının əksinə Ukrayna tərəfinin ixrac razılaşmasını pozmadığını vurğulayıb.
Ukrayna Prezidentinin sözlərinə görə, ixracın sonrakı təminatı Türkiyə və BMT-nin üzərinə düşür, onlar “taxıl, qarğıdalı və arpa daşımağa razılaşan digər ölkələrin gəmilərinin təhlükəsizliyinə diqqət yetirməlidirlər”, o cümlədən Rusiyanın hərəkətlərinə. "Məlum oldu ki, razılaşmadan sonra Rusiya hətta raket də ata bilər".
https://toplum.tv/dunya/rusiyaya-muharibe-ne-ucun-lazimdir
BMT mətbuat katibinin müavini Farhan Haq isə öz növbəsində bildirib ki, taxıl daşıyan ilk gəmilər bir neçə gün ərzində Ukraynanın Qara dəniz limanlarından çıxa bilər. Onun sözlərinə görə, müqavilənin bütün tərəfləri İstanbul razılaşmalarına sadiq olduqlarını bir daha təsdiqləyiblər.
Haq əlavə edib ki, İstanbulda xüsusi olaraq yaradılmış müştərək koordinasiya mərkəzi gəmiçilik sənayesi ilə əlaqə saxlayacaq və yaxın gələcəkdə gəmilər üçün prosedurları dərc edəcək.
İyulun 25-də Afrika turu zamanı Konqoda keçirdiyi mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna limanlarından taxıl ixracı üçün heç bir maneə görmədiyini bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb