Açıq mənbələrdən götürülüb
Volodimir Zelenski
"Ukrayna hakimiyyəti Krım da daxil olmaqla bütün ərazilərini qaytarmaq niyyətindədir"
Toplum TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində bildirib.
“Biz bütün torpaqları geri qaytarmalıyıq, çünki mən hesab edirəm ki, diplomatiya olmayanda seçim kimi ancaq döyüş meydanı qalır. Əgər torpaqlarınızın hamısını geri ala bilmirsinizsə, müharibə sadəcə olaraq dondurulur. Onun yenidən başlaması isə zaman məsələsidir”, - deyə Zelenski müsahibəsində deyib.
“Financial Times” qeyd edir ki, Kiyevin Qərb tərəfdaşlarından bəziləri Ukraynanın Krımı geri almaq cəhdinin Moskvanın eskalasiyasına, o cümlədən nüvə silahından istifadəsinə səbəb olacağından narahatdır. Müsahibə zamanı Ukrayna prezidenti etiraf edib ki, Krımın taleyi beynəlxalq ictimaiyyəti qayğılandırır:
"Başa düşürəm ki, hamı vəziyyətdən və Krımın taleyinin necə olacağından narahatdır. Əgər kimsə bizə qeyri-hərbi yolla Krımı işğaldan azad etmək yolunu təklif etməyə hazırdırsa, mən yalnız onun tərəfdarı olacam. Yox əgər bu təklif işğalın aradan qaldırılması ilə bağlı deyilsə və Krımı Rusiya Federasiyasının bir hissəsi kimi qəbul edirsə, onda heç kim vaxt itirməməlidir".
Müsahibə zamanı Zelenski Qərb tərəfdaşlarını Ukraynanın kritik infrastrukturu qorumaq üçün daha çox hava hücumundan müdafiə vasitələri, həmçinin qəza generatorları üçün dizel yanacağı və elektrik çatışmazlığını aradan qaldırmaq üçün əlavə qaz tədarük etməyə çağırıb.
Noyabrın 23-də Rusiya Ukraynanın enerji obyektlərinə zərbələr endirib, nəticədə ölkə ərazisinin 80%-i işıqsız və susuz qalıb.
"Financial Times"-ın məlumatına görə, infrastruktur naziri Oleksandr Kubrakov hesab edir ki, Ukraynanın enerji sistemini bərpa etmək üçün bir neçə yüz milyon dollara ehtiyac var.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?