Açıq mənbələrdən götürülüb
Volodimir Zelenski
Ukraynanın müharibədən sonrakı bərpasına bir trilyon dollardan çox vəsait xərclənməli olacaq.
Toplum TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Prezidentin sözlərinə görə, Ukraynada tərəfdaş ölkələrə regionlar, şəhərlər və ya müəssisələr üzərində “təşəbbüskarlıq” etməyə imkan verən sistem hazırlanır. “Biz artıq proqrama Fransa, Böyük Britaniya, Hollandiya, Almaniya, Danimarka, Finlandiya, İtaliya, Türkiyə, Polşa, Portuqaliya, Çexiya, Sloveniya, Latviya, Estoniya, İsveçrə, Slovakiya, Avstriya, Yunanıstan, Kanada, ABŞ, Yaponiya və Avstraliya tərəfindən maraq görürük. Bu hələ tam siyahı deyil”, - Zelenski bildirib.
Noyabrın 14-də BMT Baş Assambleyası müharibənin vurduğu zərərin reyestrinin yaradılmasını və Rusiyadan Ukraynaya təzminatların ödənilməsi mexanizminin işlənib hazırlanmasını nəzərdə tutan qətnamə qəbul edib. Bundan əlavə, Avropa Parlamenti Ukraynanı bərpa etmək üçün Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsi üçün hüquqi mexanizm yaratmaq imkanını da nəzərdən keçirir. Müxtəlif mənbələrə görə, Rusiyanın dondurulmuş vəsaitləri 300-600 milyard dollar arasında dəyişir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Forbes