açıq mənbədən götürülüb
Ukrayna Prezidenti Volodimir Zelenski və Almaniya kansleri Olaf Şolz arasında telefon danışığı olub və onlar münaqişənin diplomatik yolla həlli üçün Rusiya qoşunlarının ölkə ərazisindən çıxarılmasının zəruriliyini bəyan ediblər.
Bu barədə mayın 17-də Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştreit özünün “Twitter” səhifəsində məlumat verib.
Hebeştreitin məlumatına görə, Zelenski və Şolz humanitar və hərbi vəziyyəti müzakirə ediblər. Liderlər Ukraynadakı münaqişənin danışıqlar yolu ilə sülh şəraitində həlli yollarını axtarıblar. Onlar bu qənaətə gəliblər ki, bu, yalnız Rusiya hərbi əməliyyatlara son qoyacağı və qoşunlarını çıxaracağı halda mümkün olacaq.
Bundan əvvəl Şolz və Zelenski mayın 11-də tetefonla danşıblar. Liderlər Moskva və Kiyev arasında danışıqların gedişatını, həmçinin Berlindən Ukraynaya gələcək dəstək imkanlarını müzakirə ediblər.
Açıq mənbələrdən götürülüb
ZDF
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?