Dünya

Zelenski Vladimir Putinlə danışıqlardan imtina barədə sərəncam verdi

4 Oktyabr, 2022
618

Rəsmi səhifə

Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının 30 sentyabr tarixli qərarının qüvvəyə minməsi ilə bağlı sərəncam imzalayıb. 

"Radio Svoboda" xəbər verir ki, sərəncamda söhbət Rusiyanın hazırkı prezidenti Vladimir Putinlə danışıqların mümkünsüzlüyündən gedir. Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı Rusiyanın Ukrayna ərazilərini ilhaq etməsinə cavab olaraq qəbul edilib.

https://toplum.tv/dunya/qazaxistan-rusiyanin-ukraynadaki-yeni-ilhaqlarini-tanimir

Zelenskinin sərəncamı oktyabrın 4-də dərc edilib. Ukrayna Prezidentinin, Ali Radanın sədrinin və baş nazirin NATO-ya müraciətinin mətni də təsdiqlənib. Bundan başqa, sənəddə “Rusiya Federasiyası tərəfindən eskalasiyaya müvafiq sanksiyalar və digər cavab tədbirləri haqqında” qanun layihələrinin qəbulunu sürətləndirmək üçün Radaya tövsiyə də var.

Sentyabrın 30-da Volodimir Zelenski Ukraynanın çevik şəkildə NATO-ya üzv olmaq üçün müraciət etdiyini açıqlayıb. Zelenski həmçinin bildirib ki, nə qədər ki, o, Ukrayna prezidentidir, Vladimir Putinlə heç bir danışıq aparmayacaq. 

Həmçinin sentyabrın 30-da Rusiyanın ölkədəki bütün aktivlərinin milliləşdirilməsi haqqında qanun layihəsi Ukrayna Ali Radasına təqdim edilib.  

Prezident Putin Moskvanın Kiyevlə danışıqlara hazır olduğunu dəfələrlə bəyan edib, amma heç vaxt danışıqlarda birbaşa iştirak edəcəyini açıq şəkildə bildirməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Rusiya donanmasına ikinci raket hücumu xəbərdarlığı edilib

Toplum TV
22 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Rusiyanın Qara dəniz donanmasının qərargahına ola biləcək ikinci raket hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq edilib. Toplum TV APA-ya istinadən bildirir ki, xəbərdarlığı sentyabrın 22-si Sevastopol qubernatoru Mixail Razojayev bildirib. O, donanmanın qərargahına ikinci hücum təhlükəsinin ola biləcəyini xəbər verib. https://toplum.tv/dunya/pukraynada-kiccedilik-herfle-ldquorusiyardquo-yazilmasina-icaze-verilibp Bildirək ki, Ukrayna ordusu bu gün - 22 sentyabr Rusiyanın Qara dəniz donanmasının qərargahına raket zərbəsi endirib. Hücum nəticəsində, mərmilərdən biri Lunaçarski Teatrının yaxınlığına düşüb. Şəhər qubernatoru hadisə nəticəsində xəsarət alanların dəqiqləşdirildiyini qeyd edir.
Dünya

Ukraynada kiçik hərflə “Rusiya” yazılmasına icazə verilib

Toplum TV
22 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Ukraynada “Rusiya Federasiyası”, “Rusiya”, “Moskva””, “Rusiya İmperiyası”, “Rusiya Federasiyasının Dövlət Duması” və oxşarlar ifadələrin kiçik hərflərlə yazılmasına icazə verilib. Toplum Tv xəbər verir ki, bu haqda qərarı sentyabrın 22-si Ukraynanın Dövlət Dil Standartları üzrə Milli Komissiyası bəyan edib. Belə ki, rəsmi mətnlər və yazışmalar istisna olmaqla, digər hallarda “Rusiya”-nın kiçik hərflə yazılması dilinin normalarından kənara çıxma hesab edilməyəcək. https://toplum.tv/dunya/pbayden-ukraynaya-325-milyon-dollarliq-yeni-herbi-yardim-elan-edibp Komissiya bu qərarı Ukrayna baş nazirinin müavini İrina Vereşçukun sentyabrın 8-də bu mövzuda orfoqrafiyada rəsmi dəyişikliyə çağırmasından sonra verib. Bildirək ki, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra bir çox ukraynalı siyasətçilər, rəsmilər və jurnalistlər kiçik hərflə “Rusiya”, “Rusiya...

Seçilmiş Videolar

Toplum TV loqo