Rodrigo Abd-AP
Ukrayna Prezidentinin müşaviri və Rsuiya ilə danışıqlarda nümayəndə heyətinin üzvü Mixail Podolyak rus qoşunlarının tutduqları ərazilərdən çıxmayana qədər Kiyevin atəşkəslə bağlı razılığa gələ biləcəyini istisna edib.
Qoşunlar “ölkəni tərk etməlidir və bundan sonra sülh prosesinin bərpası mümkün olacaq”, - Podolyakın bu sözlərini "Röyter" agentliyi paylaşıb. O, bu şərtin Krımı da əhatə edib-etmədiyini açıqlamayıb.
Krım və Donbasın bir hissəsi fevralın 24-də irimiqyaslı təcavüz başlayana qədər Rusiyanın və ruspərəst qüvvələrin nəzarəti altında idi.
Prezident Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, rus qoşunlarının fevralın 23-də olan mövqelərinə qayıtması halında danışıqlara hazırdır.
Bu zaman o da ərazi güzəştləri hesabına Moskva ilə hər hansı bir sövdələşməni istisna edib.
Podolyakın sözlərinə görə, qoşunlar çıxarılmadan hərbi əməliyyatlarda istənilən pauza Rusiyanın bir müddət sonra qüvvələrini bərpa edərək “yeni, daha iri miqyaslı və qanlı hücuma keçməsi” ilə nəticələnəcək.
Bu zaman o, bəzi Qərb ölkələrində səslənən təcili atəşkəs çağırışlarını “çox əcaib” adlandırıb.
Belə bir çağırışla bugünlərdə İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni çıxış edib.
“New York Times” qəzetində çıxan materialda da işğal edilən ərazilərin hərb yolu ilə qaytarılmasının mümkünsüzlüyü iddia olunub.
Mixail Podolyak hesab edir ki, Qərb Rusiyaya “ağrılı məğlubiyyət” yaşatmaq üçün Ukraynaya yardım göstərməkdə davam etməlidir.
Açıq mənbələrdən götürülüb
ZDF
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?