Dünya

Zərif nüvə razılaşmasıyla bağlı İranın mövqeyini açıqlayıb

21 Fevral, 2021
67

Məhəmməd Cavad Zərif - Financial Times

Sazişin bütün tərəfləri öhdəliklərini yerinə yetirməyə başlayandan sonra rəsmi Tehran ABŞ-la nüvə razılaşmasına dair danışıqlara başlamağa hazırdır.

“İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif belə deyib (TASS).

Diplomat əlavə edib ki, hələlik bu ölkə öz siyasətini dəyişməyib. Zərif nüvə razılaşmasına dəyişiklik edilməsi ilə bağlı danışıqların olmayacağını bildirib.

Nazir həmçinin qeyd edib ki, Avropa ölkələrindən fərqli olaraq Rusiya və Çin nüvə razılaşması çərçivəsində öhdəliklərini yerinə yetirməyə çalışırlar.

Dünya

Rusiya Qərbə səsləndi: "Odla oynamamağa çağırırıq"

 

3 Mart 2021

Sosial media

ABŞ və Avropa Birliyi müxalif lider Aleksey Navalnının zəhərlənməsi və həbs edilməsinə görə Rusiyaya qarşı birgə sanksiyalar tətbiq edib.  "Currentime.tv"-nin martın 3-də verdiyi məlumata görə, ABŞ sanksiyaları Rusiya Cəzaların İcrası Federal Xidmətinin rəhbəri Aleksandr Kalaşnikova, prezident administrasiyasının daxili siyasət idarəsinin rəisi Andrey Yarinə, baş prokuror İqor Krasnova, Federal Təhlükəsizlik Bürosunun direktoru Aleksandr Bortnikova, müdafiə nazirinin müavinləri Aleksey Krivoruçko və Pavel Popova, həmçinin prezident administrasiyası başçısının birinci müavini Sergey Kiriyenkoya tətbiq edib. Bildirilir ki, Qərbin sanksiyalarına həmçinin Rusiya ilə əlaqədar olan şirkətlər və elmi-tədqiqat institutları da məruz qalıb. Bunlara "Ximmed", "Femteko", "İnterlab", "Labinvest", "Analitik prodakts", "İnteks avadanlıqları", "Rau farm", "Regionsnab" və...
Dünya

Yunanıstanda güclü zəlzələ baş verib

3 Mart 2021

sosial media

Yunanıstanda 6,2 bal gücündə zəlzələ baş verib. Bu barədə martın 3-də "Anadolu" agentliyi məlumat verib. Məlumata görə, saat 13:16-da baş verən zəlzələnin episentri Yunanıstanın Saloniki şəhərindən 120 km cənub-şərqdə, Elasson şəhəri yaxınlığında qeydə alınıb. Məsələ ilə əlaqədar açıqlama verən Elasson şəhərinin meri Nikas Qatas deyib ki, ilkin məlumata görə, itki yoxdur. Hazırda dəyən ziyanın araşdırıldığı bildirilir.
Seçilmiş Videolar