İqtisadiyyat

2020-ci ilin dövlət büdcəsi - Video və İnfoqrafika

24 İyun, 2020
2434
Maliyyə Nazirliyi 2020-ci ilin büdcəsini hazırlayıb hökumətə təqdim edib. 
 
Büdcə layihəsində hansı sahələrə nə qədər vəsaitin ayrılması açıqlanıb.
 
2020-ci ilin büdcəsinin hansı sahələrə xərclənəcəyi təqdim etdiyimiz yazı, video və infoqrafikalarda əksini tapıb. 
Yuxarıdakı videoda 2008-2020-ci illər arasında büdcənin xərcləndiyi 13 əsas sahə göstərilib.
 
Milli Məclisin 25 noyabrda təsdiqlədiyi qanuna görə, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon 500 min, xərcləri 26 milyard 913 milyon 700 min manat məbləğində təsdiq edilib.
 
2019-cu ilə nisbətən büdcə xərcləri 1 milyard 723 milyon 700 min manat artıb.
 
 
2019-cu ilə nisbətən 2020-ci ildə ümumi büdcə xərcləri artdığı üçün sosial sahəyə ayrılan vəsait 31,1%, təhsilə ayrılan büdcə 38,3%, elmə ayrılan vəsait 42,1%, səhiyyə sahəsinə ayrılan maliyyə 31,3% artırılıb.
 
 
Müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri üçün 2020-ci ilin dövlət büdcəsi xərclərinin 21,6%-ni təşkil edib. Bu 2019-cu ilə nisbətən 1 milyard 70 milyon 700 min manat və ya 22,5% çoxdur.
 
Aşağıdakı infoqrafikada 2020-ci il büdcəsindən ən çox vəsait ayrılan 5 sahə göstərilib: 
 
 
Əlavə olaraq iqtisadi fəaliyyət, kənd təsərrüfatı, mədəniyyət və incəsənət, ətraf mühitin mühafizəsi, mənzil və komunnal təsərrüfatı üçün ümumilikdə 2 milyard 622 milyon 700 min manat maliyyə ayrılacaq.
 
 
Nəqliyyat və rabitə sahəsinə aid olan "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti üçün 10,0 milyon (Naxçıvan   Muxtar   Respublikasına gedən aviareyslərə görə yaranmış  zərərin  ödənilməsi  ilə bağlı xərclər), "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti  üçün  40,0  milyon, "Azərkosmos” Açıq  Səhmdar  Cəmiyyəti  üçün  28,0  milyon  manat maliyyə ayrılıb.
 
İqtisadi fəaliyyətlə bağlı xərclərdə nəzərdə tutulmuş vəsaitin 142,0 milyon manatı Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etmələri məqsədilə sosial mənzillərin tikintisi və ipoteka layihələrinin maliyyələşdirilməsinə ayrılıb.
 
Əsas sahələrdən əlavə olaraq əsas bölmələrə aid edilməyən xidmətlərə görə 1 milyard 798 milyon manat vəsait xərclənəcək.
 
Əlavə sahələrdən sayılan beynəlxalq  münasibətlər  və beynəlxalq  təşkilatlara  üzvlük haqqı xərcləri üçün dövlət büdcəsi xərclərinin 1,5% həcmində və ya 412,8 milyon manat vəsait nəzərdə tutulub.
 
Əvvəlcədən dövlət büdcəsində nəzərdə tutulmayan bir sıra zəruri xərclərin maliyyələşdirilməsi üçün 2020-ci il dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu üçün 300 milyon, dövlət büdcəsinin Ehtiyat Fondu üçün 110 milyon manat vəsait nəzərdə tutulub. 
 
 
2020-ci ildə dövlət büdcəsinin yerli xərcləri 850,1 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu illə müqayisədə 7,3 milyon manat və ya 0,9% çoxdur.
 
 
2004-2017-ci illərdə, yəni 13 il ərzində Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı layihələrə 62 milyard 800 milyon manat xərclənib. 
 
 
2020-ci ildə tele-radio və mətbuata 52,0 milyon manat ayrılması nəzərdə tutulub ki, bu keçən ildəkindən 11,9% çoxdur.
 
Ayrılmış vəsaitin keçən ildəkindən çox olmasına baxmayaraq, büdcənin məqsədindən kənarda xərclənməsi ilə bağlı tez-tez xəbərlər yayılır. 
 
Belə məlumatlar Hesablama Palatası tərəfindən də yayılır. Palatanın istifadə etdiyi "Vahid Büdcə Təsnifatının iqtisadi və funksional təsnifat kodunun dəyişdirilməsi ilə icra edilib” kimi ifadələr, aydın dildə desək, büdcənin məqsədindən kənarda xərcləndiyi mənasına gəlir.
 
 

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo