İqtisadiyyat

Neft bahalaşıb

30 İyun, 2020
648
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,65 ABŞ dollar, yaxud 1,55% artıb.

"Report" xəbər verir ki, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 42,65 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
İqtisadiyyat

İqtisadçı: "Hökumət biznesə mane olmaq üçün “kreativ” addımlar düşünür"

30 İyul 2021

Rəsmi səhifə

"Dünyanın hər yerində, daha doğrusu seçkili, hesabatlı, məsuliyyətli hökumətlər olan ölkələrdə pandemiyaya görə biznesə, kiçik və orta sahibkarlara müxtəlif növ dəstək proqramları qəbul edilir, biznesi ayaqda tutmaq üçün təşviqedici addımlar atılır. Azərbaycan hökuməti isə biznesə dəstək bir qırağa, mane olmaq üçün gecə-gündüz çalışır, “kreativ” addımlar düşünür, məntiqi “öldürüb” qərarlar verir". Bu barədə iqtisadçı ekspert Natiq Cəfərli sosial media hesabında Nazirlər Kabinetinin iqtisadiyyatla bağlı qərarlarını tənqid etdiyi yazısında qeyd edib.  Natiq Cəfərlinin yazısında bu fikirlər yer alıb: "İndi də Nazirlər Kabineti Qeyri-ərzaq mallarının üzərinə Azərbaycan uyğunluq nişanı (AZC) vurulması ilə bağlı qərar verməyə hazırlaşır. Sahibkarlar istehsal və ya idxal etdikləri aşağı...
İqtisadiyyat

İsraildə Azərbaycanın Ticarət Nümayəndəliyi açıldı

29 İyul 2021

Rəsmi səhifə

İqtisadiyyat naziri Mikayıl Cabbarovun İsrailə səfəri çərçivəsində Azərbaycanın bu ölkədə Ticarət Nümayəndəliyinin açılışı olub. Bu barədə iyulun 29-da İsrailin Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilir ki, açılış mərasimində İsraildən olan nazir Yoel Razvozov da iştirak edib və Ticarət Nümayəndəliyinin lentini kəsiblər.
Seçilmiş Videolar