Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
"Oilprice.com"-un məlumatına görə, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,3 ABŞ dolları və ya 0,62% artaraq 48,37 dollar təşkil edib.
Dünya bazarında "Brent" neftinin qiyməti isə mart ayından bəri ilk dəfə 49 dolları ötüb.
Neft qiymətlərinin artımının koronavirusa qarşı peyvəndlərin yaxın vaxtlarda istifadə veriləcəyi ilə əlaqədar olduğu bildirilir.