www.gov.kz
XİN başçıları
Bu gün, noyabrın 25-də Aktau şəhərində Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirləri Orta Dəhlizə (Transxəzər dəhlizi) dair Yol Xəritəsi imzalayıb.
Toplum TV xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir.
Bildirilir ki, tərəflər beynəlxalq nəqliyyat marşrutlarının sürətləndirilmiş inkişafı və Xəzər-Qara dənizi regionunda əməkdaşlığın möhkəmləndirilməsi üzrə tədbirləri müzakirə ediblər və razılaşdırıblar.
https://toplum.tv/iqtisadiyyat/azerbaycanda-turizmin-ne-vaxt-tam-berpa-olunacagi-aciqlanib
“Tədbirin sonunda bütün tərəflər eyni vaxtda darboğazların aradan qaldırılması və “Orta Dəhliz”in inkişafı üzrə 2022-2027-ci illər üçün Yol Xəritəsini imzalayıblar ki, bu da razılaşdırılmış iş prinsiplərini, o cümlədən dəqiq parametrlərin icra müddəti və məsul tərəflər qeyd olunmaqla həyata keçirilməsini nəzərdə tutan konkret layihələri nəzərdə tutur", - deyə XİN-in açıqlamasında qeyd olunub.
Həmçinin bildirilib ki, razılaşmaların həyata keçirilməsi 2025-ci ilə qədər Transxəzər dəhlizinin buraxılış qabiliyyətini ildə hazırki 1,5 mln. tondan 10 mln. tona qədər artırmağa imkan verəcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb