İqtisadiyyat

“Aşağıbüdcəli” “Buta”nın qiymətləri niyə bahadır?  

Nigar Səmədli
12 İyul, 2021
954

Rəsmi səhifə

""Buta" yarandığı zaman ümid edirdik ki, bizim vətəndaşlar da digər ölkələrə Gürcüstan üzərindən deyil, birbaşa uça biləcəklər. Amma hazırda “Buta”nın saytından bilet almaq belə müşkül məsələyə çevrilib".  
 
Şirkətin daimi sərnişini Orxan Cuvarlı “Toplum TV”-yə açıqlamasında belə deyir.   
 
“Buta”nı aşağıbüdcəli aviaşirkət adlandırmazdım” 
 
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) təklif etdiyi qiymətlərin bahalığı ilə bağlı uzunmüddətli tənqidlərdən sonra 2016-cı ildə qurumun nəzdində “Buta Airways” yaradıldı.   
 
O gözlənildiyi kimi aşağıbüdcəli uçuşlar təklif etməsə də, AZAL ilə müqayisədə qiymətlər nisbətən ucuz idi. Amma pandemiyaya görə “Buta Airways” 2020-ci ilin martından etibarən uçuşlarını dayandırıb. İndi sadəcə Türkiyə, Rusiya, Gürcüstan və Ukrayna istiqamətində xüsusi reyslər həyata keçirir.

Orxan Cuvarlı - Sosial Media

  Orxan Cuvarlı pandemiya dönəmində qiymətlərin daha da yüksəlməsindən narazılıq edir: “Mən “Buta” fəaliyyətə başladığı dövrdən ondan istifadə etmişəm. Onu da qeyd edim ki, öncədən qiymətlər daha münasib idi. Bu hava yolları ilə Bakıdan Alanyaya, İstanbula, İzmirə və Kazana uçmuşam. Biletlərin qiymətləri isə 120-250 manat arası dəyişirdi. Əlbəttə, aşağıbüdcəli bir şirkət üçün kifayət qədər bahadır. “Buta” yarandığı zaman ümid edirdik ki, bizim vətəndaşlar da digər ölkələrə Gürcüstan üzərindən deyil, birbaşa uça biləcəklər”.  
 
O, pandemiya dövründə biletin tapılmamasından şikayətlənir və biletlərin qara bazara çıxarıldığını iddia edir: “Hazırda “Buta”nın saytından bilet almaq belə müşkül məsələyə çevrilib. Biletlər bron olunur, qara bazara düşür və nəticədə çox bahalaşır. Bu səbəbdən mən artıq “Buta”nı aşağıbüdcəli aviaşirkət adlandırmazdım”.   
 
“Litvadan Almaniyaya 7 avroya uçmaq olur” 
 
Səyahətçi bloger Ülkər Ələsgərova da “Buta Airways”in qiymətlərinin Avropa ilə müqayisədə xeyli yüksək olduğunu deyir: “Bu zamanadək “Wizzair”, “Ryanair”, “Pegasus” kimi aşağıbüdcəli şirkətlərlə uçmuşam. “Ryanair” Avropanın ən ucuz hava yolu şirkətlərindən biridir və onun  biletlərinin qiyməti 5 avrodan başlayır. Hətta mən Litvadan Almaniyanın Köln şəhərinə 7 avroya bilet almışdım. 20 kiloqram baqaja görə pul ödədiyim üçün bilet 27 avroya başa gəldi, amma 3 saatlıq uçuş üçün kifayət qədər ucuzdur. Eyni zamanda Litvadan İspaniyanın Barselona şəhərinə 28 avroya uçmuşam. Bundan başqa “Pegasus”la Kölndən Antalyaya cəmi 70 avroya bilet almışam. Amma İstanbuldan Bakıya “Buta” ilə 120 avroya uçacam. Adı aşağıbüdcəli olsa da, heç elə deyil, hətta AZAL ilə qiymətləri arasında elə də böyük fərq yoxdur”.   

Ülkər Ələsgərova - Sosial Media

Blogerin sözlərinə görə, “Buta”nın aşağıbüdcəli aviaşirkət adlandırılması üçün qiymətləri ən azından 100 avrodan daha aşağı olmalıdır.  
 
Orxan Cuvarlı deyir ki, Türkiyə və Rusiya kimi ölkələrdə avişirkətlər daha sərfəli qiymətlər təklif edirlər: “Mən Türkiyədə yaşadığım 3 il ərzində oradakı “Onur Air”, “Pegasus” kimi aşağıbüdcəli aviaşikətlərdən istifadə etmişəm və qiymətlər bir tələbə kimi cibimə uyğun olub. Son bir ildə Rusiyada yaşayıram və buradakı “Seven”, “Pobeda” kimi aşağıbüdcəli şirkətlər də kifayət qədər münasibdir. Aviabiletlərin qiymətinin bizdən həm əhali, həm də ərazi cəhətdən xeyli böyük olan bu iki ölkədən daha yüksək olması acınacaqlı haldır. Bu, sadəcə bizə zərər vura və Gürcüstanın turizmini inkişaf etdirə bilər”.    
 
“Toplum TV” müqayisə üçün bəzi qiymətləri təqdim edir. “Buta Airways” iyulun 20-də Bakı-İstanbul reysinə bileti  241 manata, 19 iyulda Bakı-Kiyev reysinə 325 manata, Bakıdan Alanya istiqamətinə isə 241 manata təklif edir. Amma “Wizzair” ilə 19 iyulda Budapeştdən Kutaisiyə biletin qiyməti 91 manat, “Pegasus”la İstanbuldan Moskvaya biletin qiyməti isə 166 manatdır.  

Natiq Cəfərli - Sosial Media


 Bəs “Buta”nın qiymətləri niyə yüksəkdir?  
 
İqtisadçı Natiq Cəfərli bunun səbəbini aviaşirkətin rəqibinin olmaması ilə əlaqələndirir: “Digər ölkələrdə aşağıbüdcəli aviaşirkətlər rəqibləri ilə paralel uçurlar, eyni istiqamətdə bir neçə şirkət fəaliyyət göstərir. Bu səbəbdən rəqabət var, şirkətlər müştəri itirməmək üçün məcbur olub qiymətləri rəqabətli mühitə görə tənzimləyirlər. Amma “Buta”nın burada rəqibi yoxdur. Azərbaycana gəlmək istəyən digər aşağıbüdcəli şirkətlər var, hətta “Wizzair” gəlib. Amma kifayət qədər problemlərlə üzləşib. Azərbaycanda yerüstü xidmətlər yüksək olduğuna görə “Wizzair” buradan eyni istiqamətlər üzrə digər ölkələrlə müqayisədə daha baha uçur. Bizdə rəqabətli mühitin olmamasına və yerüstü xidmətlərin AZAL-ın əlində cəmlənməsinə görə, xarici ölkələrin aşağıbüdcəli şirkətlərinə nisbətən “Buta”nın qiymətləri kifayət qədər yüksəkdir”.   
   
“Buta Airways”in mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyilənlərlə bağlı "Toplum TV”-nin suallarını cavablandırmayıb. 

İqtisadiyyat

İstilik enerjisi paylayanların tələblərinə maneə yaradanlar cərimələnəcək

13 May 2022

Toplum Tv

İstilik sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən maneələr törədilməsinə görə yeni cərimələr müəyyənləşir. APA-nın məlumatına görə,bu, Milli Məclisin bu gün, mayın 13-də keçirilən iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, istilik paylayıcısının səlahiyyətli şəxsinin qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə tədbirlərin həyata keçirilməsinə, yaxud həmin şəxsin qanuni tələblərinin yerinə yetirilməsinə istehlakçı tərəfindən maneələr törədilməsinə görə fiziki şəxslər 20 manat məbləğində, vəzifəli şəxslər 50 manat məbləğində, hüquqi şəxslər 100 manat məbləğində cərimə ediləcək. İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən, sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı...
İqtisadiyyat

ƏDV-dən azad edilən kağız məhsullarının siyahısı təsdiqləndi

13 May 2022

açıq mənbədən götürülüb

Nazirlər Kabineti “İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı”nı təsdiqləyib. Siyahı ilə bağlı qərar Nazirlər Kabinetinin saytında dərc olunub. Siyahıya aşağıdakı məhsullar daxildir: - Rulonlarda və ya vərəqlər şəklində qəzet kağızı - Müstəlif ölçü və qramda olan yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton - Kitabların cildlənməsi üçün tikilən kağız və karton üzlük - İllüstrasiyalı və ya illüstrasiyasız, içində reklam materialı olan və ya olmayan...

Seçilmiş Videolar

Toplum TV loqo