açıq mənbədən götürülüb
Asiya İnkişaf Bankı (AİB) 2022-ci ilin sonuna qədər Azərbaycan hökumətinə peşə təhsilinin inkişafı üzrə layihənin maliyyələşdirilməsi üçün 150 mln. dollar kredit ayrılmasına razılıq verə bilər.
"Turan"ın xəbərinə görə, bunu barədə jurnalistlərə AİB-nin Azərbaycandakı ofisinin direktoru Kendis Makdiqan bildirib.
Maliyyələşdirmə həcminin 120 mln. dolları peşə təhsili sahəsində islahatlara, 30 mln. dolları isə zəruri avadanlığın alınmasına sərf olunacaq.
Bildirilir ki, Azərbaycan hökuməti bu proqram üçün 10 mln. dollar ayıracaq.
Proqramın vəzifələri arasında dördüncü sənaye inqilabı strategiyası əsasında insan kapitalının inkişafı, gender bərabərliyinin təşviqi və Azərbaycanın sabit inkişafı üçün əhəmiyyət kəsb edən digər aspektlər var.
Azərbaycan 1999-cu ildən AİB-nin üzvüdür və əməkdaşlıq dövrü ərzində bankdan ümumilikdə 5.2 mlrd. dollar məbləğində kredit və qrant alıb.
AİB 1966-cı ildə təsis edilib və 67 iştirakçı ölkəsi var. Bankın qərargah-mənzili Filippinin paytaxtı Manilada yerləşir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür