açıq mənbədən götürülüb
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) BƏƏ-nin "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək "Qaradağ" Günəş Elektrik Stansiyasının (GES) inkişafına, tikintisinə və sonrakı istismarına 51 mln. ABŞ dolları məbləğində uzunmüddətli üstün hüquqa malik kredit ayrılmasını təsdiq edib.
AYİB-in məlumata görə, ölkədə layihənin həyata keçirilməsi məqsədi ilə yaradılmış "Masdar Azerbaijan Energy" MMC sözügedən layihədə borcalan qismində çıxış edir. BƏƏ-nin "Masdar" şirkəti isə layihənin sponsoru olacaq.
Bir sıra digər beynəlxalq maliyyə institutlarının, o cümlədən Asiya İnkişaf Bankının da layihəyə dəstək verməsi gözlənilir.
Ümumi dəyəri 240 mln. dollar göstərilən "Qaradağ" GES-də istehsal edilən enerji 110 min mənzili elektrik enerji ilə təmin edə biləcək və ekologiyaya müsbət təsir göstərəcək. Stansiya inşa olunandan sonra 110 mln. kubmetr qaza qənaət olunacaq. Eyni zamanda 200 min ton tullantının qarşısı alınacaq. GES-in 2023-cü ilin payızında istifadəyə verilməsi gözlənilir.
açıq mənbədən götürülüb
azal.az
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır