İqtisadiyyat

Avropa Birliyi Rusiyadan yan keçən yeni nəqliyyat dəhlizlərinin yaradılmasını dəstəkləyir

21 Noyabr, 2022
102

Rəsmi səhifə

Cozep Borrel

Avropa Birliyi Mərkəzi Asiya ölkələri ilə iqtisadi əməkdaşlığı Rusiyadan yan keçən yeni nəqliyyat dəhlizlərinin tikintisi hesabına genişləndirmək niyyətindədir. 

Toplum TV xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel öz bloqunda yazıb. 

Onun sözlərinə görə, Rusiya və Çin Mərkəzi Asiyada mühüm rol oynamaqda davam edirlər. Buna baxmayaraq, bu region ölkələri AB-ni ən uyğun tərəfdaş hesab edərək, ticarət və xarici siyasət əlaqələrini şaxələndirməyə çalışırlar. AB isə öz növbəsində “bu dəyişikliklərdən yararlanmaqda” maraqlıdır.

https://toplum.tv/siyaset/avropa-birliyi-yerevan-ve-bakini-ritorikani-mulayimlesdirmeye-cagirir

Avropa diplomatiyasının rəhbəri öz bloqunda yazıb: “Biz regionla əlaqələri dərinləşdirməli, onun enerji, kritik xammal təchizatındakı və Rusiyadan ayrı yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün böyük potensialından istifadə etməliyik”. 

Burada söhbət xüsusilə Transxəzər beynəlxalq nəqliyyat marşrutundan gedir, onun inkişafı Borrelin Qazaxıstana son səfəri zamanı müzakirə olunub.

Borrel yazısında həmçinin qeyd edib ki, AB artıq Mərkəzi Asiyanın əsas ticarət və investisiya tərəfdaşlarından biridir: “AB son on il ərzində regiona 100 milyard avrodan çox sərmayə qoyub və bu, bizi Rusiya və Çini xeyli qabaqlayaraq ən böyük birbaşa xarici investisiya mənbəyinə çevirib”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Bərbər, dərzi və taksi sürücülərinin ödəyəcəyi tibbi sığorta haqqı məlum oldu

29 Noyabr 2022

Açıq mənbələrdən götürülüb

Toylarda, şənliklərdə və digər təbirlərdə aparıcılıq, çalğıçılıq və rəqqaslıq və digər oxşar fəaliyyət, məişət avadanlığı təmiri ilə məşğul olanlar, çəkməçi, dərzi və bərbər fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən icbari tibbi sığorta haqqı “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alınarkən ödəniləcək. Toplum Tv xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb. https://toplum.tv/iqtisadiyyat/azerbaycanda-turizmin-ne-vaxt-tam-berpa-olunacagi-aciqlanib Layihəyə görə, həmçinin Azərbaycan ərazisində fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxslər,...
İqtisadiyyat

Moped sürücülərinə vəsiqə tələbi qoyulur

28 Noyabr 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq Bu, Milli Məclisə “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanun layihəsinə əsasən, dəyişikliyə görə konstruktiv maksimal sürəti 50 km/saatdan artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı ilə təmin edilməsi və sürəti 50 km/saatdan çox olan mopedçilərin sürücülük vəsiqəsi alması təklif edilir. https://toplum.tv/multimedia/endirimde-gosterilen-faizler-ne-derecede-inandiricidir Hazırda moped sürücülərinin sayının minlərlə olduğunu nəzərə alaraq, qanunun 6 ay sonra qüvvəyə minməsi təklif edilir. Baş Dövlət Yol Polisi idarəsinin məlumatına əsasən, bu prosesin asan və şəffaf keçirilməsi üçün xüsusi komissiya yaradılıb, mopedçilər üçün sürücülük vəsiqəsi (A1) imtahanlarının məzmunu sadələşdirilib.

Seçilmiş Videolar

Toplum TV loqo