İqtisadiyyat

Avtomobil bazarından reportaj: “İnsanlar maşın bazarına yox, elə bil muzeyə gəlirlər”

30 Noyabr, 2021
1734

Badamdarda yerləşən, ucu-bucağı görünməyən avtomobil bazarını maşın muzeyi də adlandırmaq olar: rəngli, növbənöv, hər keyfiyyətdə və hər zövqə uyğun maşınlar sıraya düzülüb.

Ancaq bazarda tək-tük adam gözə dəyir, gözə dəyənlər də elə satıcılardır.

Onların dediyinə görə, maşın bazarı SSRİ dövründən mövcuddur, ancaq indi burada avtosalonlar da fəaliyyət göstərir.

Avtosalonlar onlayn satış, əlaqələndirmə, lizinq kimi xidmətlər göstərir, bir sıra hallarda xidməti keyfiyyətinə görə ənənəvi maşın bazarını qabaqlayır.

Xidmət sahəsinə uyğun olaraq bazar iki hissəyə bölünüb, giriş hissəsində nisbətən daha səliqəli görünən avtosalonlar, bazarın qurtaracağında isə köhnə Badamdar avtomobil bazarı fəaliyyət göstərir.

Bunu da oxu: Piyadaları əzən avtomobillər: “Yollardakı qəzaların səbəbi...”

Bu müxtəliflik bazara fərqli ab-hava qatır. Sanki maşınlar da imkanlı və imkansızların seçimlərinə uyğun sıralanıb.

Hamının tanıdığı köhnə, ənənəvi avtomobil bazarı təxminən 1 km-lik ərazinin lap qurtaracağındadır, yaxınlıqdakı qəbirstanlıq kimi bazar da səssizliyə qərq olub.

Toplum TV

Ətrafı hasarlanan bazara ancaq müştəri kimi girmək mümkündür. Bura nəzarət edən işçilərin sözlərinə görə, yalnız rəhbərlikdən icazə aldıqdan sonra bazarın durumu haqqında informasiya verə bilərlər. Amma orda olduğumuz müddətrdə rəhbərlikdən kimisə tapmaq mümkün olmur.

“Pandemiyadan əvvəl bazar müştəri qaynayırdı”

Həm satış, həm də servis xidməti təklif edən “Saipa“ avtosalonunun nümayəndəsi Rza Məmmədov beləsöyləyir. O bazardakı alıcılıq qabiliyyətinin aşağı düşdüyünü deyir və bunu bir tərəfdən pandemiya, digər tərəfdən insanların sosial vəziyyətinin aşağı düşməsi ilə əlaqələndirir.

Onun sözlərinə görə, salondakı yeni avtomobillərin əksəriyyəti İrandan, Çindən gətirilir, bu maşınlar  da ümumilikdə ucuz hesab olunur. Bundan başqa burada ikinci əl maşınların da satışı həyata keçirilir.

Toplum TV

Satıcının sözlərinə görə, pandemiya başlayandan nə maşın almağa gələn var, nə də ki avtomobilini servisə gətirən.

“Buradakı bütün satıcılar eyni vəziyyətdədir. İnanırsınız, insanlar maşın bazarına yox, elə bil ki, maşın muzeyinə gəlirlər. Müştərini də qınamıram, çünki qiymətlər sərf etmir”.

Rza Məmmədov həm lizinqlə, həm də nağd yolla avtomobil alanların sayında azalma olduğunu bildirir.

Toplum TV

Avtosalonun nümayəndəsi deyir ki, əvvəllər lizinq üçün ilkin ödəniş 2800-3200 AZN idisə,

pandemiyadan sonra rüsumlar 4200 manata qalxıb: “Rüsumu süni şəkildə qaldırdılar. Gömrük işçiləri hər gün bizə bir nağıl danışır. Əvvəl nağd satış üçün minumum qiymət 14500 manat idi, hazırda 16500 manatdır. Bu artım da az deyil. Ona görə də bazarda durğunluqdur. Biz pandemiyadan əvvəl həftə ərzində 20-yə yaxın maşın satırdıq. Bir aya təxminən 85 maşın alışı olurdu. Bu ay cəmi 3 maşın satmışıq. Biz qiyməti də qaldıra bilmirik. Onda da alıcı qaçır. Öz qiymətinə də verəndə ziyana gedirik”.

Yeri gəlmişkən, noyabrda Milli Məclisdə “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərə görə,

-Avtomobillərə dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsum 22 manatdan 30 manata;

- Avtomobillərin qeydiyyat şəhadətnaməsinin verilməsinə görə rüsum 25 manatdan 30 manata yüksəlib.

Həmçinin qarşıdan gələn ildən gömrük rüsumlarının qaldırılması ilə bağlı fikirlər səsləndirilir.

Toplum TV

İqtisadçılar hesab edir ki, xidmətlə bağlı rüsumların qaldırılması dolayı yolla ümumi qiymətlərə təsir edəcək, bazardan xırda sahibkarların çıxması monopoliya yaradacaq.

Elə Rza Məmmədov da rüsumların artmasının onların ziyanla işləməsinə səbəb olduğunu söyləyir.

“Rüsumlar qalxdıqca təzə maşınların sahibi məcbur qalıb qiyməti qaldırır. Maşınların qiyməti qalxandan sonra  alıcı tapılmır”, - o izah edir.

Avtosalon nümayəndəsi rəsmi rüsumdan başqa, gömrükdə alınan qeyri-rəsmi “rüsumlar” haqqında da danışır: “Azərbaycanda kim deyir ki, hər şey qanun çərçivəsində həll olunur, yalan söhbətdir. Rəsmi rüsum hər maşın üçün 1100 manatdır, amma biz rəsmi və qeyri-rəsmi hər maşına 3000 manat veririk. Keçən ay gələn maşınlara isə bizdən 3200 manat tələb etdilər. Niyəsini soruşanda deyirlər ki, hər şeyin qiyməti qalxıb”.

“Hər şey yaxşıdır”

Bazarda vəziyyətin yaxşı olduğunu deyənlər də var.

Çalışdığı şirkətin adının çəkilməsini istəməyən, özünü Namiq kimi təqdim edən şəxs deyir ki, pandemiyadan qabaq işləri daha yaxşı getsə də, son aylarda vəziyyətləri o qədər pis olmayıb.

Onun dediyinə görə, satdıqları daha çox Koreya və Almaniyadan gətirilən 2010-cu il  istehsalı olan ikinci əl maşınlardır.

Toplum TV

“Sahibi gətirib maşını salona təhvil verir. Biz də hər maşının üzərinə 200 manat qoyub satırıq”.

Onun sözlərinə görə, benzinin qiyməti qalxandan sonra motor həcmi daha az olan avtomobillər çox satılır.

Ölkədə “istehsal” olunan maşınların da qiyməti də fərqli deyil

Azərmaş Lizinq Kompaniyası Azərbaycanda yerli maşın istehsalı ilə məşğuldur, “Khazar”,“Chevrolet” və “Qazel” markalı maşınların istehsalını həyata keçirir. Ancaq buna istehsaldan daha çox maşınların ölkədə yığılması demək daha doğru olar.

Bunu da oxu: Hökumətin nikbin proqnozu: ümumi daxili məhsulun 4 ilə 100 milyard manata çatması mümkündürmü?

Adıçəkilən avtomobillərin hissələri Azərbaycanda istehsal edilmir, şirkət hazır hissələri yığmaqla öz bazarını yaradır.

Kompaniyadan verilən məlumata görə, gömrükdən maşın gətirmədikləri üçün rüsumların qalxmasının onlara aidiyyatı yoxdur. Ona görə qiymətlər burada daha münasibdir.

Toplum TV

Ancaq internetdə etdiyimiz kiçik araşdırmaya görə, Azərmaş istehsalı olan “Khazar” markalı avtomobillərin qiyməti 14 500-16 500 manat arasında dəyişir. Bu qiymətsə gömrükdən rüsumla ölkəyə gətirilən avtomomobillərin qiyməti ilə az qala eynidir.

“Azərmaş”dan verilən məlumata görə, 2 ildir davam edən pandemiya onların da bazarlarına ziyansız ötüşməyib, tələbat aşağı düşüb.

Oradakı satıcılardan öyrəndiyimizə görə, Badamdardakı ən ucuz avtomobillər elə köhnə maşın bazarındadır. Qiyməti 6-7 min manatdan başlayan bu avtomobillərin hissələri dəyişdirilib, yenidən yığılıb, onların da ömrünə kimsə zəmanət vermir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo