İqtisadiyyat

"Avtopark vergi və rüsumlar çox olduğu üçün yenilənmir”

26 Fevral, 2021
1133

perg.com

“Azərbaycan hökuməti avtoparkın yenilənməsi və təhlükəsizliklə bağlı məsələlərin həll olunmasını istəyirsə, müxtəlif təşviq proqramları həyata keçirməlidir. Dəfələrlə bununla bağlı təkliflərimiz olsa da, təəssüf ki, hələ də ciddi qərarların alındığını görmürük”.

Bunu “Toplum TV”-yə açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

"Azərbaycanın avtomobil parkı kifayət qədər köhnədir"

Ekspert deyir ki, Azərbaycanın avtomobil parkı kifayət qədər köhnədir: “Bu, vizual olaraq çox nəzərə çarpmasa da, rəsmi statistikadan ölkədə fəaliyyətdə olan avtomobillərin 60 faizindən çoxunun 10 il və daha köhnə avtomobillər olduğu bəlli olur. Bu da kifayət qədər böyük bir rəqəmdir ki, ölkədəki avtomobillər həm təhlükəsizlik, həm də ekoloji problemlərlə bağlı olaraq günümüzün tələblərinə cavab vermir. Azərbaycan hökuməti avtoparkın yenilənməsi və təhlükəsizliklə bağlı məsələlərin həll yolunu tapmaq istəyirsə, müxtəlif təşviq proqramları həyata keçirməlidir. Dəfələrlə bununla bağlı təkliflərimiz olub, amma təəssüf ki, hələ də ciddi qərarların alındığını görmürük".

Natiq Cəfərli - Vikipediya

Natiq Cəfərli hesab edir ki, Azərbaycan avtoparkı müasir tələblərə cavab vermir və bu, idxal prosesində də özünü göstərir. 

"Problem vergi və rüsumların həddindən çox olmasından qaynaqlanır"

Onun sözlərin görə, bu problem vergi və rüsumların həddindən artıq çox olmasından qaynaqlanır: "Dünyanın hər bir yerində elektrik və hibridlə işləyən avtomobillərə vergilər və ya rüsumlar vasitəsilə müəyyən güzəştlər olunur. Bu güzəştlərə görə, əhali avtoparkı yeniləyir, ekoloji və təhlükəsizlik baxımdan daha uyğun avtomobillərə keçid başlayır. Bu proses Avropa, Yaponiya, Çin, hətta qonşu ölkələrdə də eyni formadadır. Gürcüstanda hibrid və elektriklə işləyən avtomobillərlə bağlı kifayət qədər liberal qanunvericilik tətbiq olunur”.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, minik avtomobillərinin aylıq idxal həcmi 24 faiz, o cümlədən daxili yanma mühərrikli minik avtomobillərinin aylıq idxal həcmi 23 faiz azalıb, yük maşınlarının idxalında isə 26 faiz artım var. 

Eyni zamanda, bu ilin yanvarında hər birinin dəyəri orta hesabla 129.5 min dollar olan 2 ədəd elektriklə işləyən, hər birinin dəyəri orta hesabla 5 min dollar olan 459 ədəd hibrid avtomobil idxal edililib.

Ötən ilin yanvarında isə hər birinin dəyəri orta hesabla 11.5 min dollar olmaqla 7 ədəd elektriklə işləyən, hər birinin dəyəri orta hesabla 5.3 min dollar olmaqla 659 ədəd hibrid avtomobil ölkəyə gətirilmişdi.

"Bizdə rüsumlar avtomobilin motor gücünə görə deyil, at gücünə görə hesablanır"

Komitənin açıqlamasına münasibət bildirən N. Cəfərli deyir ki, digər ölkələrdən fərqli olaraq Azərbaycanda elektrik və hibrid avtomobillərin idxalına heç bir güzəşt olunmur: “Bizdə rüsumlar avtomobilin motor gücünə görə deyil, at gücünə görə hesablanır. Elektriklə işləyən avtomobillərdə at gücü olmadığı üçün ancaq əlavə dəyər vergisi (ƏDV) və bəzi gömrük xidməti rüsumları tutulur ki, bu da kifayət qədər ciddi rəqəmlərə gətirib çıxarır. Çünki elektriklə işləyən avtomobillər yeni olduğu üçün onların qiyməti də yüksəkdir. Bu da ƏDV hesablanarkən qiymətdə ciddi dəyişikliklərə gətirib çıxarır. Hibrid avtomobillərə isə ümumiyyətlə heç bir güzəşt yoxdur, həm motor həcminə, həm də qiymətə görə bütün növ vergi və rüsumlar ödənilməlidir. Son zamanlar hibrid avtomobillərin ölkəyə gətirilməsi artsa da, bu artım cüzidir”. 

O, yük avtomobillərinin idxalındakı artımı isə belə şərh edib: “Bunun əsas səbəbi işğaldan azad olunmuş torpaqlarda təmir-bərpa işlərinin sürətləndirilməsi ilə əlaqədardır. Yeni infrastrukturun qurulması əlavə yük maşınlarına təlabat yaradacaq. Bu tələbat öncədən nəzərə alındığı üçün bu tip avtomobillərin ölkəyə gətirilməsində də müəyyən artım müşahidə olunur”. 

"Problemi yaradan önəmli səbəblərdən biri gömrük rüsumlarının artırılmasıdır"

İqtisadçı Rövşən Ağayev də Azərbaycanda avtomobil idxalının azalmasının səbəbərinə toxunub: “Bunlardan biri 2015-ci ildə manatın 2 dəfəyə yaxın dəyər itirərək devalvasiyaya uğraması oldu.İstehlakçı artıq bir avtomobil üçün manatla az qala 2 dəfə artıq pul saymalıdır ki, bu da ucuz avtomobil idxalının sonunu gətirdi. 2014-cü ildə sıfır kilometr ən ucuz maşına 15-16 min manat verməli olduğumuz halda, bu gün satış salonlarında analoji avtomobillərin qiyməti 24-25 min manatdan ucuz deyil. Devalvasiyadan ağır zərbə alan bank sektoruna daxil olan məhdudiyyətlərdən biri də istehlak kreditlərinin, ilk növbədə isə avtokreditlərlə bağlı kredit müraciətlərinin mümkün qədər az dəstəklənməsi ilə bağlı oldu. Hələ 2017-ci ilin sentyabrında mediada dərc edilən bir araşdırmada qeyd olunurdu ki, böhrana qədər ölkədə alınan hər 100 yeni avtomobildən ən azı 70-i bank kreditləri ilə alınırdı. Halbuki araşdırma aparılan dövrdə ölkədə hər 5-6 bankdan biri avtomobil kreditləri verməyə davam edirdi. Bir tərəfdən kreditləşmənin həcminin kəskin şəkildə azalması, digər tərəfdən istehlak kreditlərinə tətbiq edilən sərt məhdudiyyətlər avtoparkın böyüməsindəki kəskin azalmanın başqa bir səbəbi kimi nəzərdən keçirilməlidir”.

Rövşən Ağayev - Sosial Media

R.Ağayev deyir ki, problemi yaradan önəmli səbəblərdən biri idxal olunan avtomobillər üçün gömrük rüsumlarının artırılmasıdır: “Nazirlər Kabinetinin 17 noyabr 2017-ci tarixli, 500 saylı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Qərarına əsasən, minik avtomobilləri mühərrikin həcmindən və işlətdiyi yanacaq növündən asılı olaraq gömrük rüsumuna cəlb edilir. Qərara görə, idxal olunan minik avtomobillərinin mühərrikinin həcmindən və istifadə etdiyi yanacaq növündən asılı olaraq idxal rüsumlarının məbləği mühərrikin həcminin hər kubsantimetri üçün 0.4-1.2 dollar, bəzi minik avtomobilləri üçün isə idxal dəyərinin 15%-i səviyyəsində tutulur. Məsələn, 870322 əmtəə kodu ilə idxal olunan 1500 kubsantimetr mühərrik həcminə malik minik avtomobilinin aksiz vergisi 450 manat, idxal rüsumu 1785 manat (mühərrikin hər kubsantimetri üçün 0.7 ABŞ dolları) təşkil edəcək”.

“Bununla yanaşı, 2020-2021-ci illərdə avtomobil idxalının azalmasının səbəbi pandemiya ilə də bağlıdır. Çünki mövcud durumla əlaqədar olaraq kifayət qədər iş yerlərinin bağlanması vətəndaşların gəlirlərinin azalmasına səbəb oldu. Bu baxımdan insanlar avtomobil alışında tərəddüd edirlər” deyə, iqtisadçı əlavə edir.

"Ucuz maşınlara daha çox tələbat var"

Marketoloq Elnur Azadov yeni avtomobillərə tələbatın azaldığını bildirir: “Son il ərzində ucuz maşınlara daha çox tələbat var. Pandemiya ictimai nəqliyyatdan qorxan şəxslərin maşın almağa üstünlük vermələri ilə nəticələndi. Qiymətlərin bahalaşması isə həm gömrük rüsumlarının, həm də yanacağın qiymətinin artırılması ilə əlaqədardır”. 

Elnur Azadov - Sputnik

Ekspert son 2-3 il ərzində hibrid maşınlara təlabatın artdığını da qeyd edib: “ABŞ, Cənubi Koreya və Yaponiya istehsalı olan hibrid maşınlara təlabatın cüzi də olsa, artmasına baxmayaraq, bu artımı 2021-2022-ci illərdə, əsasən, Çin istehsalı avtomobillərin idxalında daha açıq hiss edəcəyik”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo