İqtisadiyyat
Azərbaycan 2020-ci ildə nə qədər borc qaytaracaq?
13 Sentyabr, 2019
358
2020-ci ilin dövlət büdcəsində dövlət borcuna xidmətlə bağlı xərclər 2 485,2 milyon manat (təxminən, 1 462 milyon ABŞ dolları), o cümlədən faiz xərcləri 775,4 milyon manat məbləğində nəzərdə tutulub.

Bu barədə Maliyyə Nazirliyi xəbər verib.

Gələn il hökumət kredit sazişləri çərçivəsində xaricdən 559,4 milyon dollar borc almağı, daxildən isə 100 milyon manat borclanmağı planlaşdırır.

Bu ilin sonuna Azərbaycanın xarici dövlət borcunun 8 860 milyon dollar, daxili dövlət borcunun isə 1 420 milyon manat olacağı proqnozlaşdırılır. 
İqtisadiyyat

"Azeri LT CIF" bahalaşmağa davam edir

6 Mart 2021

cnbc.com

Azərbaycanın "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,56 ABŞ dolları dəyərində, yaxud 2,3% artıb. Martın 6-da “Azeri Light” markalı neftin bir barelinin qiyməti 69,26 ABŞ dolları təşkil edib. Bu markalı ölkə neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb ("Report").
İqtisadiyyat

Ekspert komitə sədrinə cavab verdi

Nigar Səmədli
5 Mart 2021

Toplum.tv

“Komitə sədri devalvasiyanın təsirini mümkün saydığı üçün müqayisəni 2015-ci illə yox, 2018-ci illə aparmağı təklif edir. Devalvasiyadan əvvəlki dövrlə müqayisə aparsaq, 2018-ci ildə idxalın ümumi dəyərinin vergiyə cəlbolunma əmsalı ilə 2014-cü ilin göstəricisi eyinidir”.  Bunu iqtisadçı Rövşən Ağayev şəxsi sosial media hesabında yazıb. Martın 4-də Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin iştirakı ilə "2020-ci ilin yekunları, qarşıda duran vəzifələr" mövzusunda mətbuat konfransı keçirilib. Konfransda komitə sədri son dövrlərdə bəzi ekspertlər tərəfindən xarici ticarət dövriyyəsinin statistik göstəriciləri əsasında yanlış üsullarla hesablamalar aparıldığını və nəticədə ortaya çıxan rəqəmlərin cəmiyyətdə gömrük orqanlarının fəaliyyəti haqqında həqiqətə uyğun olmayan rəyin formalaşmasına yol açdığını diqqətə çatdırıb....
Seçilmiş Videolar