İqtisadiyyat

Azərbaycan iqtisadiyyatının pandemiyadan əvvəlki səviyyəyə nə vaxt qayıdacağı açıqlandı

31 Mart, 2021
99

AzərTac

Bu barədə Dünya Bankının region üzrə dərc olunmuş yeni hesabatında deyilir.

Martın 30-da dərc olunan hesabatda qeyd olunub ki, Azərbaycanda COVID-19-a qarşı peyvənd təşəbbüsünün erkən başlanması və Ermənistanla münaqişədən sonra ölkə ərazisində başlayan yenidənqurma işlərinə böyük investisiyaların yatırılması ölkə iqtisadiyyatının bərpasının gözləniləndən daha sürətli baş verəcəyini göstərir.

"2021-ci ildə daxili tələbatın sürətlənməsi iqtisadi böyüməni dəstəkləyəcək, lakin bu, sağlamlıq vəziyyətinin yaxşılaşdırılması və dövlət xərclərinin artması ilə şərtlənəcək. Yüksək neft qiymətlərinin maliyyə kəsirini azaldacağını və cari əməliyyatlar hesabın profisitə qayıtmasına kömək edəcəyi proqnozlaşdırılır. 2021-ci ildən sonra böyük struktur islahatları olmadan iqtisadi dirçəlişin sürətinin neft hasilatındakı uzunmüddətli bərpa və gözlənilən fiskal siyasətin sərtləşdirilməsi (artan maliyyə təzyiqləri fonunda) nəticəsində orta səviyyədə olacağı ehtimal edilir", - hesabatda qeyd olunur.

Dünya Bankının yeni proqnozuna görə, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 2,8%, 2022-ci ildə isə 3,9% artacaq (APA).

İqtisadiyyat

Bakının kirayə bazarında nə var, nə yox?

10 Aprel 2021

Açıq mənbələrdən götürülüb

Ötən ilin payızında cəbhə xəttinə yaxın bölgələrdən, eləcə də bir neşə dəfə raket zərbəsinə məruz qalan Gəncədən Bakıya gələnlərin sayı kirayə bazarında bir qədər canlanma yaratsa da, atəşkəsdən sonra onların geri qayıtması, eləcə də koronavirusla bağlı karantin rejiminin bir müddət sərtləşdirilməsi təsirsiz ötüşmədi.  Üstəlik də pandemiya ucbatından ali məktəblərin distant təhsilə, özəl şirkətlərin bəzisinin evdən işləməyə üstünlük verməsi də kirayə evlərə tələbatı azaltdı. Paytaxtın Nərimanov rayonunda yerləşən 3 otaqlı mənzilini kirayə verməklə dolanan 62 yaşlı Əzizə İsmayılova bir il əvvələ qədər evini tələbələrə 450 manata kirayəyə verirmiş. “Dolanışığım bundan çıxırdı. İndi məktəblər bağlanıb, tələbə də yoxdur, pul da”. Pandemiya dövründə...
İqtisadiyyat

IDI: Bakı-Abşeron zonası ilə digər regionalar arasında kəskin fərqlər qalmaqda davam edir

10 Aprel 2021

IDI

Demokratik Təşəbbüslər İnstitutu (IDI) "Gənc İqtisadçılar” təlimlərinin məzunlarından ibarət araşdırma qrupunun üzvləri sosial-iqtisadi inkişafda regional qeyri-bərabərlik probleminə dair araşdırma sənədi hazırlayıb. Bu siyasət sənədində son 2002-ci ildən bəri ölkədə regional sosial-iqtisadi inkişafdakı qeyri-bərabərliyin azaldılması və bölgələrin tarazlı inkişafına nail olmaq sahəsində hökumətin həyata keçirdiyi siyasətlər təhlil olunur və bu siyasətin təkmilləşdirilməsi üzrə tövsiyələr işlənilib. Araşdırmanın birinci hissəsində regional sosial-iqtisadi inkişafda qeyri-bərabərliyin mövcud vəziyyəti rəsmi statistik məlumatlar əsasında təhlil olunur və onun səbəbləri araşdırılır.  Tədqiqatda daha sonra bu problemin aradan qaldırılması istiqamətində hökumətin indiyədək həyata keçirdiyi siyasət addımları araşdırılır.Bu siyasətin nəticələri və əldə olunan nəticələr təqdim olunur.  Eyni zamanda regionların sosial-iqtisadi...
Seçilmiş Videolar