İqtisadiyyat

Azərbaycan, İran və Rusiya tranzitin yüngülləşdirilməsinə dair razılığa gəlib

22 Avqust, 2022
363

Tehranda Azərbaycan, İran və Rusiya gömrük xidmətlərinin üçtərəfli görüşü keçirilib.

Xəbəri "Turan" yayıb.

Azərbaycanın İrandakı səfirliyinin məlumatına görə, görüşdə Azərbaycan Dövlət Gömrük Komitəsinin rəhbəri Şahin Bağırov, İran Gömrük İdarəsinin rəhbəri Əlirza Müqəddəsi və Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin iştirak ediblər.

Bildirilir ki, danışıqların yekunlarına əsasən yüklərin tranzitinin asanlaşdırılması üzrə qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Bu istiqamətdə işlərin koordinasiysı üçün üç tərəfin nümayəndələrinin iştirakı ilə komitənin yaradılması nəzərdə tutulur.

Əldə edilmiş razılaşma beynəlxalq ticarət-təchizat zəncirinin davamlılığının təmin edilməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin genişləndirilməsi, İran-Azərbaycan-Rusiya marşrutu üzrə sərhəd- keçid məntəqələrində gömrük əməliyyatlarının sadələşdirilməsi üçün əlavə imkanlar yaradacaq.

Görüş zamanı qeyd olunub ki, Azərbaycanın azad edilmiş ərazilərində yeni yaradılan yollar və logistika mərkəzləri ölkənin tranzit imkanlarının artmasına təkan verəcək.

Memoranduma əsasən, tərəflər gömrük prosedurlarının asanlaşdırılması üçün elektron informasiya mübadiləsi sistemini daha aktiv tətbiq etməyi planlaşdırırlar. 

İqtisadiyyat

OPEC+ neft hasilatını azaldır - Bu, qiymətləri qaldıra bilər

6 Oktyabr 2022

Açıq mənbələrdən götürülüb

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) daxil olan ölkələrin, o cümlədən Rusiya və bir sıra digər OPEC-ə daxil olmayan ölkələrin nazirləri Vyanada keçirilən görüşdə noyabr ayından etibarən gündəlik neft hasilatını 2 milyon barel azaltmaq barədə razılığa gəliblər.  Görüşdən sonra Rusiya Baş nazirinin müavini və Səudiyyə Ərəbistanının energetika naziri xəbəri “Reuters”-ə təsdiqləyiblər. Bu, COVID-19 pandemiyasının başlanmasından bəri neft hasilatında ən böyük azalmadır. Gözlənildiyi kimi, bu, dünya bazarında neftin qiymətinin yüksək səviyyədə qalmasına, hətta qalxmasına gətirib çıxaracaq. Əsas azalmanın Səudiyyə Ərəbistanı və Rusiyada olacağı gözlənilir. https://toplum.tv/dunya/ag-ev-biz-putinin-nuve-tehdidlerini-ciddi-qebul-edirik Birləşmiş Ştatlar bundan əvvəl OPEC+ ölkələrinə belə bir qərar verməmək barədə xəbərdarlıq etmişdi. CNN mənbələri bildirirlər...
İqtisadiyyat

Zəngin ruslar ölkədən şəxsi təyyarələrlə qaçır - İstiqamətlərdən biri Bakıdır

28 Sentyabr 2022

Açıq mənbələrdən götürülüb

Rusiyada səfərbərlik elan edildikdən sonra şəxsi təyyarələrdə uçuşlara tələbat kəskin şəkildə artıb.  Böyük Britaniyanın “The Guardian” nəşri yazır ki, belə uçuşların əsas istiqamətləri Ermənistan, Türkiyə və Azərbaycandır – rusların vizasız daxil ola biləcəyi ölkələr. “Your Charter” şirkətinin direktoru Yevgeni Bıkov jurnalistlərə bildirib ki, səfərbərlik elan edildikdən sonra uçuşlar üçün müraciətlərin sayı dəfələrlə artıb: “Adətən gündə 50 müraciət alırdıq, indi isə 5 minə yaxındır. Tamamilə ağlasığmaz bir vəziyyət yaranıb”. https://toplum.tv/dunya/seferberlikden-qacan-ruslar-abs-da-siginacaq-ala-bilecekler Bıkov əlavə edib ki, onun şirkəti tələbatı ödəmək və qiymətləri aşağı salmaq üçün daha böyük təyyarələrdən istifadə etməyə başlayıb, lakin bu kifayət deyil: "Biz hamı üçün yer tapa bilmirik".  “The Guardian”...

Seçilmiş Videolar

Toplum TV loqo