İqtisadiyyat

Azərbaycan nefti bahalaşmaqda davam edir
 

21 Yanvar, 2021
148

modern.az

Azərbaycan neftinin qiyməti 57 dollara yaxınlaşıb. Belə ki, dünya bazarında "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,45 ABŞ dolları və yaxud 0,80% bahalaşıb.

"OilPrice.com" yanvarın 21-də xəbər verib ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 56,84 ABŞ dolları təşkil edib.

Dünya bazarında "Brent" markalı neftin bir bareli isə hazırda 55.98 dollardan satılır.

İqtisadiyyat

"Buta Airways" Bakı-İstanbul reyslərinə bilet satışına başlayır

4 Mart 2021

AZAL

Azərbaycanın "Buta Airways" aşağıbüdcəli aviaşirkəti Bakıdan Türkiyənin daha bir şəhərinə - İstanbula yerinə yetiriləcək xüsusi reyslərə aviabilet satışına başlayır. Martın 18-dən etibarən aviaşirkət Bakı-İstanbul-Bakı marşrutu üzrə aviaəlaqəni bərpa edir. Aviaşirkətinin mətbuat xidmətindən martın 4-də verilən məlumata görə, uçuşlar Sabiha Gökçen (IATA: SAW) hava limanına həyata keçiriləcək. Aviaşirkət tərəfindən Türkiyənin ən böyük şəhərinə xüsusi reyslər həftədə iki dəfə - bazaar ertəsi və cümə axşamı günləri yerinə yetiriləcək. Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir - "Standart" və "Super". Belə ki, "Standart" tarifinə (55 avrodan başlayaraq) çəkisi 10 kq-dan artıq...
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 64 dollara düşüb

3 Mart 2021

The New York Times

Dünya bazarında satılan "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,41 ABŞ dolları, 2,15 % azalıb. Bu barədə martın 3-də "Oilprice.com" məlumat verib. Məlumata görə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 64,25 ABŞ dolları təşkil edib.
Seçilmiş Videolar