İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşdı

19 Mart, 2021
342

AzərTac

Azərbaycanın dünya bazarlarında satdığı "Azeri Light" markalı xam neftin qiyməti 2,42 ABŞ dolları, yaxud 3,58% azalıb.

"Oilprice.com"un martın 19-da verdiyi xəbərə görə, ucuzlaşmadan sonra “Azeri Light” markalı neftin bir barelinin qiyməti 65,17 ABŞ dollar olub.

Mütəxəssislər neftin ucuzlaşma tendensiyasını qərb ölkələrində Covid-19 pandemiyasının üçüncü dalğası və əhalinin vaksinasiyasının ləng aparılması ilə izah edirlər. 

İqtisadiyyat

İsraildə Azərbaycanın Ticarət Nümayəndəliyi açıldı

29 İyul 2021

Rəsmi səhifə

İqtisadiyyat naziri Mikayıl Cabbarovun İsrailə səfəri çərçivəsində Azərbaycanın bu ölkədə Ticarət Nümayəndəliyinin açılışı olub. Bu barədə iyulun 29-da İsrailin Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilir ki, açılış mərasimində İsraildən olan nazir Yoel Razvozov da iştirak edib və Ticarət Nümayəndəliyinin lentini kəsiblər.
İqtisadiyyat

Ekspert: “Məmurlar bizneslərini gəlinlərinin və qızlarının adından idarə edirlər”

Nigar Səmədli
27 İyul 2021

Açıq mənbələrdən götürülüb

“Məmurlar dövlət vəzifələrində oturaraq öz bizneslərini gəlinlərinin, qızlarının və ya digər ailə üzvlərinin adından idarə edirlər. Əminliklə deyə bilərəm ki, göstərilən qadın sahibkarların 90 faizi real sahibkar deyil”.   İqtisadçı-ekspert Nazim Bəydəmirli “Toplum TV”-yə belə deyir.   Azərbaycanda fərdi sahibkarların 20-i faizindən çoxu qadındır. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının nümayəndə heyəti ilə görüşdə bildirib. Vüsal Qasımlı - Açıq mənbələrdən götürülüb V.Qasımlı qeyd edib ki, İlham Əliyevin qəbul etdiyi Strateji Yol Xəritələrinin icrası çərçivəsində yaradılan assosiasiya qadın sahibkarlığının inkişafında, qadın sahibkarlığı sahəsində təşəbbüskarlığın artırılmasında, sahibkar qadınların maraqlarının qorunmasında, şəffaflıq...
Seçilmiş Videolar