FOTO: "Teletrader.com"
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
"OilPrice" yanvarın 13-də xəbər verib ki, dünən Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,09 ABŞ dolları və ya 1,88% artaraq 59,01 dollar təşkil edib.
Məlumata görə, "Brent" neftinin qiyməti də 57 dolları keçib
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin mart müqaviləsinin dəyəri 1,27% artaraq 1 barelə görə 57,3 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,17% artaraq 53,83 dollar təşkil edib.
"Saxo Bank"ın proqnozlarına görə, cari ilin ikinci yarısında neftin qiyməti 60 dollara çatacaq.