İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır

30 Aprel, 2021
126

AzərTac

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin qiyməti qalxıb.

"OilPrice.com" saytının məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,64 ABŞ dolları və ya 0,95% artaraq 67,71 dollar təşkil edib.
 

İqtisadiyyat

Rusiya şəhərlərindən Bakıya uçuşlar bərpa olunur

16 May 2021

aex.ru

Rusiyanın "Nordwind" aviaşirkəti may ayının sonunadək dörd şəhərdən Bakıya uçuşları bərpa etmək niyyətindədir. APA xəbər verir ki, mayın 18-dən etibarən (çərşənbə axşamı) Sankt-Peterburq-Bakı aviareysi üzrə uçuşlara başlanılacaq. Sonradan sözügedən marşrut üzrə uçuşlar həftənin cümə günləri yerinə yetiriləcək. Mayın 19-dan etibarən "Nordwind"Nijni Novqorod-Bakı (çərşənbə, daha sonra cümə axşamı günləri) və Kazan-Bakı (çərşənbə, daha sonra bazar ertəsi günləri), mayın 20-dən isə Rostov-Bakı aviareysi üzrə birbaşa uşulara başlayır. "Epidemioloji vəziyyət dəyişdikdə və beynəlxalq hava əlaqəsi bərpa olunduqca, Azərbaycanın paytaxtına uçuşların tezliyi artırıla bilər", - aviaşirkətin məlumatında deyilir.
İqtisadiyyat

Gəncə Hava Limanı uçuşları bərpa edib

15 May 2021
Gəncə Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edilib. Xəbəri APA yayıb. Bildirilir ki, aeroportdan ilk reys ötən gün Gəncə-Moskva marşrutu üzrə həyata keçirilib.  Bu gün isə Türkiyənin İstanbul şəhərinə uçuş başlayıb. Sabah Gəncədən Rusiyanın Sankt-Peterburq şəhərinə uçuş nəzərdə tutulub. Eyni zamanda "Türk Hava Yolları" Gəncəyə və Naxçıvana uçuşları bərpa edib.
Seçilmiş Videolar