İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 73 dolları ötdü

10 İyun, 2021
358

Açıq mənbələrdən götürülüb

Azərbaycanın dünya bazarında satdığı "Azeri Light" markalı xam neftin qiyməti 0,52 ABŞ dolları, yaxud 0,72 % artıb.

"Oilprice.com" saytının məlumatına görə, beləliklə, Azərbaycan neftinin bir barelinin qiyməti 73,17 ABŞ dolları təşkil edib.

Son həftələrdə dünya bazarında neft qiymətlərinin artım tendensiyası baş verir. Mütəxəssislər bunu qlobal miqyasda pandemiya vəziyyətinin yaxşılaşması ilə izah edirlər.

İqtisadiyyat

Bakıda yeni metro-stansiyasının inşasına başlanıldı

21 Sentyabr 2021

Bakı metropoliteni

Bakı metropoliteninin Bənövşəyi xətti üzrə Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək şərti adı “B-04” olan stansiyanın inşasına başlanılıb. Bu barədə sentyabrın 21-də Bakı Metropolitenindən məlumat verilib.  Bildirilir ki, Bənövşəyi xəttin “Memar Əcəmi” və “8 Noyabr” stansiyalarında olduğu kimi, burada da tikinti “Qruntda divar” üsulu ilə aparılıb. Bu üsul ekoloji cəhətdən daha təmiz olması ilə yanaşı, məhdud məkanda inşaatın effektiv aparılmasına, habelə qənaətə nail olmağa imkan verir. Stansiyanın 4 giriş-çıxışı yerüstü sahədə avtomobil yolunun hər iki tərəfinə rahat və təhlükəsiz keçidi təmin edəcək. Burada da səviyyədən səviyyəyə keçid məqsədilə eskalatorlar quraşdırlacaq və pilləkənlər inşa olunacaq. Xəttin...
İqtisadiyyat

"Əsrin Müqaviləsi"nin qazancları və itkiləri - Azərbaycan neftdən yenə böyük pullar qazana bilərmi?

Vüsalə Mikayıl
20 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

“Neft pulları daha çox hakimiyyətin avtoritar dayaqlarının möhkəmlənməsinə yönəldi. Beləliklə, Azərbaycanda artan neft gəlirləri fonunda kriminal kapitalın “demokratik” diktaturası hökm sürməkdə, korrupsiya çiçəklənməkdə, insan haqları pozulmaqda, azadlıqlar isə məhdudlaşdırılmaqdadır. Hesab edirəm ki, bu da "Əsrin Müqaviləsi"nin avtoritar rejimdə idarə olunmasının məntiqi nəticəsi kimi qəbul edilə bilər”. Bu sözləri “Toplum TV”-yə iqtisadçı ekspert Qubad İbadoğlu “Əsrin müqaviləsi”nin bərabərində gətirdiyi məsələləri şərh edərkən deyib. 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” neft yataqlarının və “Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında “Əsrin müqaviləsi” imzalanıb. Müqavilə 7 ölkə - Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya,...
Seçilmiş Videolar