açıq mənbədən götürülüb
Azərbaycan baş nazirinin müavini, Azərbaycan və İran arasında İqtisadi, Ticari və Humanitar Məsələlər üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Tehranda İranın XİN başçısı Hüseyn Əmir Abdullahiyanla görüşüb.
“Turan”ın məlumatına görə, tərəflər Azərbaycanın Şərqi Zəngəzur iqtisadi bölgəsi və Naxçıvan Muxtar Respublikası arasında İran ərazisindən keçən yeni kommunikasiyaların yaradılması haqqında razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər.
Eyni zamanda iqtisadi, ticari sahələrdə, nəqliyyat sahəsində, humanitar sahədə və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Hər iki dövlət rəsmisi regional əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Bir müddət əvvəl, martın 11-də Azərbaycan baş nazirinin müavini Mustafayev və İranın yol və şəhərsalma naziri Rüstəm Qasımi...
azal.az
“Azərbaycan Hava Yolları” dövlət aviaşirkəti maliyyə hesabatı açıqlayıb.
"Turan”ın məlumatına görə, indiyədək 2019 və 2020-ci illər üzrə audit edilmiş hesabatlar (Deloitte & Tuoche) əlçatandır və bu hesabatlara əsasən, ötən ilin əvvəlində AZAL-ın zərəri (1 milyard 764 milyon manat) aviaşirkətin aktivlərinin 90%-ni təşkil edib.
2020-ci ildə COVID-19 koronavirus pandemiyası ilə əlaqədar AZAL-ın birbaşa gəlirləri 1 milyard 8,4 min manatdan (593,1 milyon dollar) 335,2 milyon manata (197,1 milyon dollar) qədər azalıb.
Pandemiya ilə bağlı itkiləri kompensasiya etmək üçün hökumət il ərzində aviaşirkətə ümumilikdə 232 milyon manatdan çox subsidiya ödəyib.
Bununla yanaşı, 2020-ci il üçün AZAL-ın əməliyyat xərcləri 540 milyon manatı (317,6 milyon...