İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 83 dolları keçdi

5 Oktyabr, 2021
128

Açıq mənbələrdən götürülüb


 Azərbaycanın dünya bazarlarında satdığı "Azeri Light" (CIF) markalı neftin qiyməti yenidən yüksəlib.
 
"Oilprice.com"-un məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,08 ABŞ dolları, yaxud 3,83% bahalaşaraq 83,56 dollar olub.
 
Hazırda "Brent" markarlı neftin qiyməti isə 3,33% artaraq 81,92 dollar təşkil edir.
 
Bəzi ekspertlər neftin xari qiymətinin bazardakı vəziyyəti əks etdirdiyini bildirirlər.
 
Məlumata görə, son 1,5 il ərzində, pandemiyanın və neft böhranından başlamasından bəri qlobal neft ehtiyatları 364 milyon barel azalıb. Hazırda neft ehtiyatlarının beşillik ortalama göstəricidən 130 milyon barel az olduğu qeyd olunur.
 
Həmçinin bildirilir ki, dünya bazarlarında qazın qiymətinin kəskin artımı fonunda neft məhsullarına tələbat da arta bilər.

İqtisadiyyat

Ölkəyə xarici investisiya qoyuluşu kəskin azalıb – “Qeyri-neft sektoru xarici investorlar üçün cəlbedici deyil”

Məzahir Abdurahmanov
18 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

“Bizdə neft sahələrinə edilən investisiyaların həcmi digər sahələrə edilən investisiyalardan qat-qat yüksəkdir. Ölkədə digər sahələr inkişaf etsəydi, onda investisiyalar da bu qədər azalmazdı”. Bunu Azərbaycan Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmləri şərh edərkən iqtisadçı Toğrul Maşallı “Toplum Tv”-yə deyib. Statistika Komitəsinin açıqlamasına əsasən, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 9 560,2 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 8,7% az vəsait yönəldilib. Komitənin məlumatında qeyd olunub ki, son 1 ildə neft-qaz sektoruna yatırılmış investisiyalar  9,7 %, qeyri-neft-qaz sektoruna yönəldilən vəsait isə 8% azalıb. Məlumata görə, əsas kapitala yönəldilmiş vəsaitlərin 6 303,6 milyon manatını və yaxud 65,9 %-ini...
İqtisadiyyat

İqtisadçılar prezidentin sərəncamını şərh edir: "Çox ciddi sosial gərginlik yaranacaq"

17 Oktyabr 2021

Sosial Media

Prezident İlham Əliyev əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verib. İlham Əliyevin oktyabrın 16-da imzaladığı sərəncamda deyilir ki, Nazirlər Kabineti 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini təqdim etsin. Sərancamda qeyd olunub ki, son illərdə əhalinin rifah halının artırılması istiqamətində ciddi irəliləyişlərə nail olunub, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılıb: "Bu məqsədlə 2019-cu ildə iki sosial islahat zərfi qəbul olunaraq icra edilib, müavinət və təqaüdlərin məbləğinin orta hesabla 92%, əmək pensiyasının minimum məbləğinin 72%, minimum əməkhaqqının...
Seçilmiş Videolar