AZƏRTAC
Dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 3,39 ABŞ dollar (2,98 %) artaraq 116,94 ABŞ dollarına çatıb.
Bu barədə məlumatı mayın 6-da "Oilprice.com" saytı yayıb.
“Brent” markalı neftin bir bareli 110,67 ABŞ dolları olub.
Azərbaycanın dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından götürülüb.
Beynəlxalq bazarlarda neft və qaz qiymətlərinin artması Azərbaycanın bu enerji daşıyıcılarından əldə etdiyi gəlirlərə də ciddi təsir göstərib.
Bu barədə mayın 5-də Azərbaycan Dövlət Neft Fondu məlumat yayıb.
Bildirilir ki;
- AÇG yatağından gəlir (01.01.2022-01.05.2022 tarixinə): 2 898 mln. ABŞ dolları,
- Şahdəniz yatağından gəlir (qaz və kondensat) (01.01.2022-01.05.2022 tarixinə): 405,475 mln. ABŞ dolları,
- Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər – (01.01.2022-01.05.2022 tarixinə): 96,995 mln. ABŞ dolları təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təqribən iki dəfə çoxdur
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür