İqtisadiyyat

Azərbaycan pandemiya zamanı vətəndaşlara ən az pul xərcləyən ölkələr arasındadır

29 Aprel, 2021
134

Sputnik

Beynəlxalq Valyuta Fondu (BVF) hökumətlərin pandemiya dövründə vətəndaşlara dəstək hədəfli proqramlara xərclədiyi vəsaitin həcminə dair müqayisəli hesabat yayımlayıb. 

Hesabatda səhiyyə və səhiyyədənkənar sektorlarda hökumətlərin reallaşdırdığı ümumi birbaşa dəstək, vergi güzəştləri və vaz keçilən gəlirlər ("forgone revenue") ümumi daxili məhsulda (ÜDM) payı baxımından müqayisə edilib. Bu göstəriciyə görə, hesabatda ölkələr beş qrupa bölünüb. Pandemiya dövründə "ən səxavətli" ölkələr qrupu ÜDM-in 10 faizindən çoxunu dəstək tədbirlərinə xərcləyən ölkələrdir.

Beynəlxalq Valyuta Fondunun hesabatı - BVF

Digər üç qrupa dəstək tədbirlərinə ÜDM-in 7.5-10, 5-7.5 və 2.5-5 faizini xərcləyən ölkələr daxildir. Sonuncu qrupa isə vətəndaşlarına ÜDM-ə nisbətdə ən az vəsait sərf edən ölkələr daxil edilib. Həmin ölkələrdə dəstək tədbirlərinə sərf edilən vəsait ÜDM-in 2.5 faizindən də aşağıdır.

Beynəlxalq Valyuta Fondunun araşdırmasından məlum olur ki, Azərbaycan da sonuncu qrupa daxildir. BVF-in qiymətləndirməsinə görə, Azərbaycanda dəstək paketlərinə sərf edilən vəsait ÜDM-in 2.1 faizi qədərdir. 

"Azadlıq Radiosu"nun məlumatına görə, hesabat ötən ilin yanvarından bu ilin aprelinədək olan müddəti əhatə edib.

Pandemiya dövründə ÜDM-ə nisbətdə ən az pul xərcləyən ölkələr qrupuna Azərbaycanla yanaşı, Türkiyə, Meksika, Səudiyyə Ərəbistanı, Albaniya, Əlcəzair, Ermənistan, Belarus, Beliz, Botsvana, Bruney, Rumıniya və Qətər daxildir. Bu baxımdan dünya üzrə orta göstərici 9.2 faizdir. Hesabat bütövlükdə 200-ə yaxın ölkəni əhatə edir.

Pandemiya dövründə dəstək tədbirlərinə ÜDM-ə nəzərən ən çox vəsait xərcləyən ölkələr qrupuna isə, Çinin Makao Xüsusi İnzibati Regionu nəzərə alınmasa, ABŞ başçılıq edir. Dünyada ən böyük ÜDM-ə sahib ölkə də elə Birləşmiş Ştatlardır. Ötən il ABŞ-da ÜDM-in həcmi təxminən 21 trilyon dollar olub və bu məbləğin dörddə biri dəstək proqramlarına xərclənib. ABŞ-la yanaşı, Birləşmiş Krallıq, Yaponiya, Avstriya, Yunanıstan, Honkonq, Yeni Zelandiya, Sinqapur, İsrail, Almaniya, Kanada və Avstraliya da dəstək tədbirlərinə ÜDM-in 10 faizindən çoxunu xərcləyərək əhalisinə ən çox maddi dəstək verən ölkələr arasında yer alıb.

İqtisadiyyat

Rusiya şəhərlərindən Bakıya uçuşlar bərpa olunur

16 May 2021

aex.ru

Rusiyanın "Nordwind" aviaşirkəti may ayının sonunadək dörd şəhərdən Bakıya uçuşları bərpa etmək niyyətindədir. APA xəbər verir ki, mayın 18-dən etibarən (çərşənbə axşamı) Sankt-Peterburq-Bakı aviareysi üzrə uçuşlara başlanılacaq. Sonradan sözügedən marşrut üzrə uçuşlar həftənin cümə günləri yerinə yetiriləcək. Mayın 19-dan etibarən "Nordwind"Nijni Novqorod-Bakı (çərşənbə, daha sonra cümə axşamı günləri) və Kazan-Bakı (çərşənbə, daha sonra bazar ertəsi günləri), mayın 20-dən isə Rostov-Bakı aviareysi üzrə birbaşa uşulara başlayır. "Epidemioloji vəziyyət dəyişdikdə və beynəlxalq hava əlaqəsi bərpa olunduqca, Azərbaycanın paytaxtına uçuşların tezliyi artırıla bilər", - aviaşirkətin məlumatında deyilir.
İqtisadiyyat

Gəncə Hava Limanı uçuşları bərpa edib

15 May 2021
Gəncə Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edilib. Xəbəri APA yayıb. Bildirilir ki, aeroportdan ilk reys ötən gün Gəncə-Moskva marşrutu üzrə həyata keçirilib.  Bu gün isə Türkiyənin İstanbul şəhərinə uçuş başlayıb. Sabah Gəncədən Rusiyanın Sankt-Peterburq şəhərinə uçuş nəzərdə tutulub. Eyni zamanda "Türk Hava Yolları" Gəncəyə və Naxçıvana uçuşları bərpa edib.
Seçilmiş Videolar