Açıq mənbələrdən götürülüb
Bu ilin yanvar-may aylarının statistikasına əsasən, Azərbaycanda 13,9 mln. ton neft (kondensatla birlikdə) hasil edilib, bu da illik müqayisədə 400 min ton azdır.
Bu barədə iyunun 10-da energetika naziri Pərviz Şahbazov “Tvitter“ hesabında məlumat paylaşıb.
Nazir bildirib ki, hasil edilən neftin 11,4 mln. tonu ixrac edilib, bu da 400 min ton azalma deməkdir.
“Ötən ilin eyni dövrü ilə müqayisədə 15,3% artımla hasil edilmiş 19,6 mlrd. kubmetr qazın 9,4 mlrd. kubmetri ixrac olunub”, - deyə o qeyd edib.
Ukraynadakı müharibə fonunda Azərbaycan Avropaya qaz ixracını artırıb.
Müharibə iştirakçılarının narazılıqları: hərbçilərin və deputatların sığortalanmasında ayrı-seçkiliyin nəticəsi
Açıq mənbələrdən götürülüb
day.az
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?