İqtisadiyyat

Azərbaycan-Rusiya: müharibə ticarəti azaldıb

Roza Məmmədova
28 İyul, 2022
825

Sputnik

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsində azalma var.

Dövlət Statistika Komitəsinin saytında verilən məlumatlara görə, 2022-ci ilin yanvar və iyul ayları ərzində iki ölkə arasında  idxal 968 milyon, ixrac 271 mln təşkil edib.

Ötən ilin eyni dövründə idxal 1, 06 mlrd, ixrac isə 487 milyon olub.

Ukrayna ilə müharibədən sonra Rusiya və Belarusa ilə ticarətə qoyulan sanksiyalar bu ölkənin bir çox ticarət partnyorları ilə dövriyyəsinə təsir edib. Azərbaycan bu ölkəyə qarşı sanksiyalara qoşulmasa da, ticarət dövriyyəsi azalıb.

https://toplum.tv/dunya/abs-rusiyani-terroru-sponsorluq-eden-dovlet-kimi-taniya-biler

Statistika Azərbaycanın Belarusdan idxalının və bu ölkəyə ixracının da azaldığını göstərir. 

Belə ki, 2021-ci ildə isə idxal 70 mln, ixrac 128 mln olduğu halda, bu il göstəricilər aşağı düşüb.

İdxal 48, 2 mln, ixrac 72, 3 mln təşkil edib.

Toplum TV

Azərbaycan Rusiyadan daha çox buğda, meşə materialları, günəbaxan yağı, avtomobil, ağac piltələr və fənerlər və digər məhsulları idxal edir.

Rusiyanın Ukraynaya hərbi hücumundan sonra Azərbaycana idxal olunan malların qiyməti bahalaşıb və ya bəzi məhsullarda qıtlıq yaranıb.

Daha çox tikinti materiallarında və Rusiya mənşəli ərzaq malları və kənd təsərrüfatı məhsullarında  bahalaşma müşahidə olunub. Hətta bu bahalaşma belə xarici ticarət statistikasında müharibədən əvvəlki dövrlə müqayisədə yaranan kəsiri örtməyə imkan verməyib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

IDI-nin araşdırması: Azərbaycanda gəlir bərabərsizliyi ölçülüb 

31 May 2023
Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Gənc iqtisadçılar” təlimlərinin məzunlarından ibarət araşdırma qrupunun üzvləri Azərbaycanda və dünyada gəlir bərabərsizliyi, eləcə də, onun səbəblərinin ölçülməsi ilə bağlı sənəd hazırlayıb. Toplum TV xəbər verir ki, tədqiqatda "gəlir bərabərsizliyi” anlayışına nəzəri yanaşma, bu göstəricinin ölçülməsi ilə bağlı metodoloji məsələlər araşdırılıb.  Araşdırmanın nəticəsinə görə, gəlir bərabərsizliyi əsasən kapital və əmək gəlirləri arasında yaranan qeyri-bərabərlikdən törəyir.  https://toplum.tv/iqtisadiyyat/pidi-nin-arasdirmasi-azerbaycanda-erzaq-inflyasiyasi-qiymetlendirilibp Tədqiqatın Azərbaycan bağlı gəldiyi nəticələrdən biri Dövlət Statistika Komitəsinin açıqladığı məlumatların həqiqəti tam əks etdirməməsi ilə bağlıdır. Bildirilir ki, Komitə Azərbaycanda bərabərsizliyin minimum səviyyələrdə olduğunu göstərsə də, beynəlxalq araşdırmalar eynisini söyləmir. Beynəlxalq qurumların araşdırmalarına görə, Azərbaycanda varlı və kasıb təbəqənin...
İqtisadiyyat

İran bankının Bakı filialının fəaliyyəti məhdudlaşdırılıb

26 May 2023

açıq mənbələrdən götürülüb

Azərbaycan Mərkəzi Bankı (AMB) İran Milli Bankının Bakı filialının (“Bank Melli İran-Baku”) fəaliyyətini məhdudlaşdırıb. Toplum Tv xəbər verir ki, bu barədə mayın 26-da bankın filialı məlumat yayıb.  Bildirilir ki, tənzimləyici qurum kredit təşkilatına məktub göndərib və hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb edib.  https://toplum.tv/siyaset/pputin-azerbaycanin-rusiya-iran-sazisine-qosulmasini-isteyirp AMB İran həmçinin bankın fəaliyyətini yoxlayır. “Bank Melli İran-Baku”AMB-nin qərarının səbəbləri barədə açıqlama verilməyib. İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.

Seçilmiş Videolar

Toplum TV loqo