İqtisadiyyat

Azərbaycan və Pakistan ticarət sazişi imzalayacaq

23 Noyabr, 2021
102

Açıq mənbələrdən götürülüb

Azərbaycan və Pakistan gömrük tariflərinin azaldılması ilə iki ölkə arasında ticarəti artırmağa imkan verəcək preferensial ticarət sazişi üzərində işləyir.

“Report”-un xəbərinə görə, bunu Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bildirib.

O, həmçinin deyib ki, Pakistan şirkətlərinin, o cümlədən əczaçılıq müəssisələrinin Azərbaycanda istehsalla məşğul olmaq üçün geniş imkanlar mövcuddur: "Yerli investorları Bakı limanı yaxınlığındakı Ələt Azad İqtisadi Zonasında birgə müəssisə yaratmaq imkanlarını araşdırmalarını təklif edirəm".

İslamabad Ticarət və Sənaye Palatasına (ICCI) səfəri zamanı o, Azərbaycanın bir çox digər şirkətlərinin də pakistanlı həmkarları ilə birgə müəssisələr yaratmaqla yanaşı, bu Cənubi Asiya ölkəsinə sərmayə qoymağa maraqlı olduqlarını diqqətə çatdırıb.

“Pakistanı biznes və investisiya üçün potensial bazar hesab edirik. Hər iki ölkə ticarət əlaqələrini dərinləşdirmək üçün özəl sektorlar arasında birbaşa əlaqəni təşviq etməyə yönəlməlidir.

Səfirliyimiz ticarət nümayəndə heyətlərinin mübadiləsi ilə davam etdiriləcək hər iki ölkənin müəssisələri arasında virtual görüşlər təşkil etməyə hazırdır.

Azərbaycan Avropa İttifaqı və digər ölkələrlə müqavilələr imzalayıb, Pakistanla sıx iqtisadi əməkdaşlığın yerli istehsal məhsulların Mərkəzi Asiya və Avropaya asanlıqla daxil olmasına yol açacağına ümidvarıq”, - səfir qeyd edib.

İqtisadiyyat

Avtomobil bazarından reportaj: “İnsanlar maşın bazarına yox, elə bil muzeyə gəlirlər”

Roza Məmmədova
Vüsalə Mikayıl
30 Noyabr 2021
Badamdarda yerləşən, ucu-bucağı görünməyən avtomobil bazarını maşın muzeyi də adlandırmaq olar: rəngli, növbənöv, hər keyfiyyətdə və hər zövqə uyğun maşınlar sıraya düzülüb. Ancaq bazarda tək-tük adam gözə dəyir, gözə dəyənlər də elə satıcılardır. Onların dediyinə görə, maşın bazarı SSRİ dövründən mövcuddur, ancaq indi burada avtosalonlar da fəaliyyət göstərir. Avtosalonlar onlayn satış, əlaqələndirmə, lizinq kimi xidmətlər göstərir, bir sıra hallarda xidməti keyfiyyətinə görə ənənəvi maşın bazarını qabaqlayır. Xidmət sahəsinə uyğun olaraq bazar iki hissəyə bölünüb, giriş hissəsində nisbətən daha səliqəli görünən avtosalonlar, bazarın qurtaracağında isə köhnə Badamdar avtomobil bazarı fəaliyyət göstərir. Bunu da oxu: Piyadaları əzən avtomobillər: “Yollardakı qəzaların səbəbi...” Bu müxtəliflik...
İqtisadiyyat

“Ölkədə həyata keçirilən sosial mənzil siyasəti “azərbaycanlaşdırılıb””

Vüsalə Mikayıl
30 Noyabr 2021

Açıq mənbələrdən götürülüb

2016-cı ildə dövlətin güzəştli evlər vasitəsilə aztəminatlı ailələrin ev sahibi olacağını elan etməsi çoxlarını sevindirsə də, bir çox aztəminatlı ailələrin layihədən kənar qalması, evlərin satışında şəffaflığın olmaması, mənzillərin təyinatı üzrə istifadə edilməməsi kimi iddalar səslənməyə başladı. Sosial şəbəkələrdə bu haqda yazanlarsa güzəşt sözünün ancaq layihənin adında olduğunu vurğulayırlar. Məsələn, Natıq Nuriyev adlı şəxs “Facebook”da yazır: “Azərbaycanda sosial evlər adına görə ehtiyacı olan, maddi imkanı az olub ev ala bilməyən adamlara uzun müddətli güzəştlərlə satılır. Bu binaların birinə təsadüfi gedişimdə gördüyümü deyim. Bəziləri evi alıb veriblər kirayə. Bu necə olur? Bunu aidiyyatı qurumlar görmürmü?” Bu gün bəzi mütəxəssislər də layihənin özünü...
Seçilmiş Videolar