Azərbaycan və Türkiyə bəzi məhsulları rüsumsuz ixrac edəcək
Açıq mənbələrdən götürülüb
Azərbaycan və Türkiyədən 15 məhsulun heç bir rüsum olmadan ixracı nəzərdə tutulur. Bununla bağlı ölkələr arasında saziş imzalanıb.
İqtisadiyyat nazirliyindən bildirilib ki, sözügedən müqaviləyə əsasən Azərbaycandan Türkiyəyə göndərilən “chester”, “parmesan”, “dutch” və oxşar pendirlər, saçaq pendiri, gavalı, göyəm, xurma, ilkin qablaşdırılmalarda netto çəkisi 3 kq-dan çox olmayan qara çay (fermentləşdirilmiş) və ya qismən fermentləşdirilmiş çay, ağ şəkər, xiyar və kornişon, fındıq, ərik, gavalı, alma (kompotlar daxil olmaqla) püreləri kimi məhsullara gömrük rüsumu tətbiq edilməyəcək.
https://toplum.tv/sosial/naxcivan-turkiye-serhedi-baglanib
Türkiyədən Azərbaycana gələn içlikli və ya içliksiz şəkərləmə karameli, toffı, digər karamel və analoji şirniyyat, preslənmiş həblər, şokolad minası, tərkibində kakao olan şəkəri əvəz edən məhsullardan hazırlanmış, şəkərdən qənnadı məmulatları, onların əvəzediciləri və s. kimi məhsullara Azərbaycan tərəfindən gömrük rüsumu tətbiq edilməyəcək.
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev deyib ki, iki ölkə prezidentləri 2023-ci ildə ticarət əlaqələrini daha da yüksəltməyi planlayırlar.
AZPROMO rəhbəri siyahının artmasının tərəfarı olduğunu əlavə edib.
Son 6 ayda Türkiyədə ev alan azərbaycanlıların sayı açıqlanıb
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb