İqtisadiyyat

Azərbaycan və Türkiyə yeni qaz sazişi imzaladı

28 Sentyabr, 2021
684

Açıq mənbələrdən götürülüb

Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində Azərbaycandan Türkiyəyə qazın nəqli bir neçə vaxtdır bərpa olunub.

Bunu "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

 "Şahdəniz-1" layihəsi çərçivəsində qazın nəqli üzrə müqavilə 2001-ci ildə əldə edilib və onun müddəti bu ilin aprelin 16-da bitib. Müqavilənin müddətinin bitməsindən sonra "Şahdəniz-1" çərçivəsində Azərbaycandan Türkiyəyə qazın nəqli dayandırılmışdı.

İ. Əhmədovun sözlərinə görə, hazırda Türkiyəyə qazın nəqli ilə bağlı yeni müvafiq saziş qüvvədədir.

İ. Əhmədov sazişlə bağlı təfərrüatları açıqlamayıb.

"Şahdəniz-1"dən qazın nəqlinin müvəqqəti dayandırılmasına baxmayaraq, "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi ("Şahdəniz-2" – red.) çərçivəsində qazın nəqli tam şəkildə davam etdirilib.

"Şahdəniz-2" layihəsi çərçivəsində Azərbaycandan Türkiyəyə ildə 6 mlrd. kubmetr, Avropaya isə 10 mlrd. kubmetr (Trans-Adriatik kəməri (TAP) vasitəsi ilə – red.) qazın nəqli nəzərdə tutulub.
 

İqtisadiyyat

Azərbaycan İranla Naxçıvana kommunikasiyaların tikintisindən danışıb

19 May 2022

açıq mənbədən götürülüb

Azərbaycan baş nazirinin müavini, Azərbaycan və İran arasında İqtisadi, Ticari və Humanitar Məsələlər üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Tehranda İranın XİN başçısı Hüseyn Əmir Abdullahiyanla görüşüb.  “Turan”ın məlumatına görə, tərəflər Azərbaycanın Şərqi Zəngəzur iqtisadi bölgəsi və Naxçıvan Muxtar Respublikası arasında İran ərazisindən keçən yeni kommunikasiyaların yaradılması haqqında razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər. Eyni zamanda iqtisadi, ticari sahələrdə, nəqliyyat sahəsində, humanitar sahədə və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Hər iki dövlət rəsmisi regional əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar. Bir müddət əvvəl, martın 11-də Azərbaycan baş nazirinin müavini Mustafayev və İranın yol və şəhərsalma naziri Rüstəm Qasımi...
İqtisadiyyat

AZAL-ın zərəri şirkətin aktivlərinin 90%-ni təşkil edir

18 May 2022

azal.az

“Azərbaycan Hava Yolları” dövlət aviaşirkəti maliyyə hesabatı açıqlayıb. "Turan”ın məlumatına görə, indiyədək 2019 və 2020-ci illər üzrə audit edilmiş hesabatlar (Deloitte & Tuoche) əlçatandır və bu hesabatlara əsasən, ötən ilin əvvəlində AZAL-ın zərəri (1 milyard 764 milyon manat) aviaşirkətin aktivlərinin 90%-ni təşkil edib. 2020-ci ildə COVID-19 koronavirus pandemiyası ilə əlaqədar AZAL-ın birbaşa gəlirləri 1 milyard 8,4 min manatdan (593,1 milyon dollar) 335,2 milyon manata (197,1 milyon dollar) qədər azalıb. Pandemiya ilə bağlı itkiləri kompensasiya etmək üçün hökumət il ərzində aviaşirkətə ümumilikdə 232 milyon manatdan çox subsidiya ödəyib. Bununla yanaşı, 2020-ci il üçün AZAL-ın əməliyyat xərcləri 540 milyon manatı (317,6 milyon...

Seçilmiş Videolar

Toplum TV loqo