Açıq mənbələrdən götürülüb
Azərbaycanda 2023-cü ili iyun-iyul aylarına “AVRO-5” standartına uyğun olan benzinin istehsalına başlanılması planlaşdırılır.
APA-nın məlumatına görə, bu barədə "SOCAR Downstream” şirkətinin baş direktorunun müavini Emil Alxaslı deyib.
Emil Alxaslı həmçinin qeyd edib ki, bu ilin üçüncü rübündə “AVRO-5” standartına uyğun olan dizel yanacağının da istehsalı planlaşdırılır.
"İlk növbədə hidrogen qurğusu işə salınacaq, daha sonra isə mərhələli şəkildə digər qurğuların işə salınması həyata keçiriləcək və bu proses gələn ilin ortalarınadək davam edəcək. Hidrogen qurğusu dizel yanacağının və benzinin təmizlənməsi üçün lazımdır", - deyə şirkət rəsmisi qeyd edib.
“AVRO-5” standartına uyğun olan benzin və dizel SOCAR-ın balansında olan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal ediləcək.
Müharibə iştirakçılarının narazılıqları: hərbçilərin və deputatların sığortalanmasında ayrı-seçkiliyin nəticəsi
Açıq mənbələrdən götürülüb
day.az
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?