İqtisadiyyat

Azərbaycanda avtomobil istehsalı niyə azalıb?

4 May, 2021
1818

Açıq mənbələrdən götürülüb

“Eyni qiymətə olan hətta ikinci əl xarici avtomobillər daha keyfiyyətli və daha az məsrəflidir, nəinki burada istehsal olunanlar”.

Son bir ildə yerli avtomobil istehsalının azalmasını “Toplum TV”-yə şərh edən iqtisadçı Rəşad Həsənov belə deyir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-mart aylarında ölkədə 408 ədəd (ötən ilin müvafiq dövrünə nisbətən 264 ədəd az) minik avtomobili istehsal olunub.

Azərbaycanda bilinən avtomobil markalırı bunlardır - “Khazar”, “AzSamand” və “Naz Lifan”.

“Azərmaş” Açıq Səhmdar Cəmiyyəti və “İran Khodro” şirkətinin birgə yaratdığı “Khazar” Avtomobil Zavodu 2018-ci ilin yayından fəaliyyətdədir. 

"Azsamand" zavodu 2010-cu ilin əvvəlindən avtomobil istehsalını dayandırıb. 2021-ci ildən etibarən zavodda "İran Hodro" şirkətinin buraxdığı "Soren" avtomobillərinin istehsalına başlanacaq (11.11.2020, APA).

2006-cı ildə Naxçıvanda qurulan “Naz Lifan” Avtomobil Zavodu isə 2017-ci ildən bəri fəaliyyət göstərmir.

Ərşad Hüseynov - Açıq mənbələrdən götürülüb

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov qeyd edir ki, Azərbaycanda avtomobillər əsasən dövlət sifarişi ilə istehsal olunur: “Onlar da xidməti avtomobili kimi və ya əlilliyi olan şəxslərə vermək üçün sifariş edilir. Eyni zamanda, bəzi özəl lizinq şirkətləri də taksiçilik fəaliyyətində istifadə etmək üçün yerli avtomobil alırlar. Ötən illə müqayisədə istehsalın azalmasını isə sifarişin az olması ilə əlaqələndirmək olar”. 

İqtisadçı Qadir İbrahimli də yerli avtomobillərə tələbatın az olduğunu vurğulayır: “Azərbaycan sakinləri onlardan az hallarda istifadə edirlər. İstehsal da tələbə uyğun olaraq həyata keçirilir. Bildiyim qədərilə Azərbaycan avtomobilləri xaricə ixrac olunmur, daxili istehlak isə zəifdir”. 

Rəşad Həsənov isə son bir ildə istehsaldakı azalmanı pademiya və müharibə ilə əlaqələndirir: “İstehsalın həcminə ilk növbədə pandemiya mənfi təsir göstərib və bu, hələ də davam edir. Eyni zamanda, dövlət xərcləmələri istiqamətində hökumət daha konservativ yanaşma ortaya qoyub. Büdcə vəsaitləri işğaldan azad olunan ərazilərə yönləndirildiyi üçün dövlət müəssisələri yeni avtomobillərin alınmasına vəsait ayıra bilmir. Yerli avtomobillərin əsas alıcısı isə dövlət müəssisələri idi, indi bu bazarda tələb kifayət qədər aşağı düşüb”. 

Rəşad Həsənov - Açıq mənbələrdən götürülüb


Ekspertin fikrincə, azalmanın digər səbəbi də məhsulların keyfiyyəti ilə bağlıdır: “Yerli avtomobillər bazarda özünü doğrulda bilmir. Çünki eyni qiymətə olan ikinci əl xarici avtomobillər daha keyfiyyətli və daha az məsrəflidir, nəinki burada istehsal olunanlar”.

Bəs maşın bazarında durum necədir? 

Marketoloq Elnur Azadovun qənaətincə, 2018-ci ildən “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə istehsal etdikləri “Khazar” avtomobilinin keyfiyyəti barədə danışmaq tezdir: “Dünya praktikasında belədir ki, yeni avtomobilin keyfiyyəti öncə rəsmi distribütor xidmət mərkəzlərinə müraciətlərin sayına əsasən təhlil edilir, buna uyğun olaraq istehsalçı tərəfindən buraxılan nöqsanlar aradan qaldırılır. Həmin nöqsanlar faiz nisbəti ilə ölçülür, bəzən hətta ciddi nöqsanlara görə istehsal dayanır, satılmış avtomobillər geri qaytarılır. İkinci dəyərləndirmə, adətən, çoxillik maşınlara aiddir, ekspertlər və sorğular nəticəsində müəyyənləşdirilir. Yəni təmir üçün rəsmi distribütor xidmət mərkəzlərindən kənar yerlərə müraciətlər, avtomobil sahiblərinin təcrübəsi, eyni zamanda, qəza hallarından irəli gələn hallar əsasında qiymətləndirmələr aparılır”.

Elnur Azadov - "Sputnik Azərbaycan"

Mütəxəssis məhsulun qiymətinin əsas şərt olmadığını bildirir: “Azərbaycanda 15 ilə yaxın yerli istehsal təcrübəsi var. “Khazar” beynəlxalq avtomobil sərgilərində iştirak edib, qiyməti və digər özəllikləri də cəlbedicidir, ancaq burada ciddi marketinq işləri tələb olunur. Özü bahalı olmasa da, ehtiyat hissələri uzunömürlü deyil və bəzi xarici avtomobil brendləri ilə rəqabət apara bilmir”.

E.Azadov da istehsalın həcminə pandemiyanın təsir etdiyini düşünür. 

Avtomobil həvəskarı Rufulla Şükürlü isə bildirir ki, sözügedən avtomobili alacaq büdcəyə sahib şəxslər keyfiyyətinə görə bu markaya üstünlük vermirlər: “Digər səbəb isə ”Khazar” markalı avtomobilin müasir standartlara cavab verməməsidir. Bu avtomobilləri əsasən, müəyyən qurumlar sifariş edir. Məsələn, taksi şirkətləri ya lizinq yolu ilə, ya da bir dəfəyə 20-30 ədəd yerli avtomobil alırlar. Taksi sürücülərindən aldığımız geridönüşlər isə əsasən avtomobilin keyfiyyətinin aşağı olması ilə əlaqədar olub. Yəni hələ ki, razı qalan qarşımıza çıxmayıb. Ümumiyyətlə bu avtomobillər 2020-2021-ci il istehsalı olmasına baxmayaraq rahatlıq baxımından da müasir standartlara cavab vermir”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo