İqtisadiyyat

Azərbaycanda azad, yoxsa məmur sahibkarlığı?- “Ölkədə iri biznesə xüsusi nəzarət var”

Vüsalə Mikayıl
24 Fevral, 2022
1466

Açıq mənbələrdən götürülüb

Fevralın 14-də “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, iş adamı İlqar İsmayılova  6 il hökm oxunması ölkədə sahibkarlara yaradılan dəstəyi və mülki hüquqların işləkliyini yenidən gündəmə gətirib.

İş adamı və iqtisadçı Nazim Bəydəmirli ölkədə rəqabət mühitinin olmamasının  istənilən şirkəti müflis etmək və bazardan sıxışdırmaq imkanı yaratdığını deyir.

“Azərbaycan bazarı kiçikdir, amma bizim məmurların iştahası daha böyükdür. İctimai qınaq, azad mətbuat, qeyri-hökumət təşkilatları və məhkəmələr azad olmadığına görə sahibkar öz hüququnu qoruya bilmir. Hətta ictimailəşdirdikdə belə başına min oyun açırlar. Çünki burda əsas söz sahibi məmur sahibkarlığıdır”, - N.Bəydəmirli söyləyir.

İlqar İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifədən sui-istifadə edərək təxminən 680 min manatı mənimsəməkdə təqsirləndirilir. Amma o, özünü bu işdə təqsirli bilmir və haqqındakı məhkəmə qərarının ədalətsiz olduğunu deyir.

İş adamının vəkili Rəşad Əliyev “Toplum TV”-yə qərardan apelyasiya şikayətini verəcəklərini bildirir: “Biz müdafiə tərəfi olaraq apelyasiya məhkəməsinə qədər mətbuata məlumat vermək istəmirik. Amma hər halda  məhkəmə sahibkarların hüquqlarını qorumalıdır”.

İlqar İsmayılov ilk dəfə 2017-ci ilin iyununda həbs edilsə də azadlığa buraxılıb, daha sonra  2021-ci il aprelin 5-də təkrar həbs edilib.

O, 2017-ci ildə AZAL rəhbərinin kabinetində Cahangir Əsgərovun özü və həyat yoldaşı Zərifə Həmzəyevanın hədə və tələbilə Samir Əliyev adlı şəxsi “İdeal Kompani”nin direktoru təyin etmək məcburiyyətində qaldığını bildirir.

İlqar İsmayılov - Sosial Media

Bu cinayət işində zərərçəkmiş qismində hakim ailəyə yaxınlığı ilə tanınan AZAL prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevanın şirkəti "Adore Company"  tanınıb.

İ.İsmayılov məhkəmədəki son çıxışında iş adamlarının yalnız dövlətə qarşı etdikləri yanlışlara, vergilərdən yayındıqlarına, qanunları pozduqlarına görə cəzalandırıla biləcəklərini deyib.

“Sahibkarlar özünü toxunulmaz hiss edən, dövlətin ona verdiyi səlahiyyət və imkanlardan istifadə edən bəzi məmurların istəyi, kaprizi ilə həbsxanalara düşməməlidirlər”, - o bildirib.

İş adamları daha çox hansı sahələrdə problemlə üzləşir?

Fevralın 18-də Prezident İlham Əliyev fəaliyyəti dövründə sahibkarlara dəstəyindən danışıb. Dövlət başçısı həmişə sahibkarlara dəstək olduğunu deyib: “Həm mənəvi cəhətdən, həm də yaradılmış infrastruktur, güzəştli şərtlərlə verilmiş kreditlər və digər addımlar atılmışdır. Yerlərdə isə onlara elə şərait yaradılmalıdır ki, onlar həvəslə investisiya qoysunlar, iş yerləri yaratsınlar. Bir sözlə, onlara maneçilik törətmək yox, əksinə, kömək göstərmək lazımdır. Özəl sektorun inkişafı ümumi iqtisadi siyasətimizin istiqamətlərini nəzərə almalıdır".

Nazim Bəydəmirli Azərbaycanda istənilən şəxsin biznes sahibi olmasına ölkə qanunlarının imkan verdiyini, problemlərin fəaliyyətə başladıqdan sonra yarandığını bildirir.

“Lisenziya və icazələrin, kommunal xidmətlərlə bağlı texniki şərtlərin alınmasında kifayət qədər problemlər var. Bunu beynəlxalaq reytinq agentlikləri də hökumətə tövsiyələrində dəfələrlə qeyd edib. Demək olar ki, məhkəmələr müstəqil deyil. Bu gün məhkəmələrin sədrlərini və üzvlərini hakimiyyət üzvləri təyin edir. Qanuna nəzarət edən orqanlar, prokurorluq sistemi icra hakimiyyətindən asılı vəziyyətdədir. Əsas maneələr məmur sahibkarlığının yaratdığı problemlərdir”.

Nazim Bəydəmirli - Açıq mənbələrdən götürülüb

İş adamının sözlərinə görə, hökumət ona görə azad sahibkarlıqdan çəkinir ki, məmurlar özləri gizli sahibkarlıqla məşğuldurlar: “Yəni rəhbərlik etdikləri sahələrdə inhisarçlıq yaradaraq, tenderlərlə bağlı qanunları pozaraq öz şirkətlərinə böyük imtiyazlar verirlər”.

Məmur sahibkarlığı beynəlxalq araşdırmalarda

Azərbaycanda məmur sahibkarlığı beynəlxalq müstəvidə də tez-tez araşdırma mövzusuna çevrilir.

Son bir ayda müzakirə mövzusu olan iki nümunəni xatırladaq.

Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) Naxçıvan Muxtar Respublikasının başçısı Vasif Talıbovun oğullarının sərvətini ortaya çıxarıb. Araşdırmaya görə, Rza və Seymur Talıbov qardaşları şübhəli pul köçürmələri ilə 20 milyon dollardan çox pul qazanıblar.

Köçürmələr OCCRP-nin daha əvvəl üzə çıxardığı iki genişmiqyaslı “Azərbaycan” və “Troyka” adlandırılan çirkli pulyuma mexanizmlərinin (laundromat) hissəsi olan saxta ofşor şirkətlər üzərindən edilib. 

Talıbov qardaşlarının Dubay və Gürcüstanda 63 milyon dollar dəyərində əmlaklar əldə etdiyi də üzə çıxarılıb.

Bundan başqa OCCRP  deputat Cavanşir Feyziyevin də sərvətini ortaya çıxarmışıdı.  Britaniya məhkəməsi bu ilin yanvarında deputatın ailə üzvlərinin 5,6 milyon funt-sterlinq (13 milyon  manata yaxın) pulunu müsadirə edib. C.Feyziyev pulları vergisi ödənilmiş məbləğ adlandırsa da, Londonda belə düşünmürlər.

Sənədlərdə deputatın Azərbaycanın vitse-prezidenti Mehriban Əliyevanın əmisi oğlu Mircəlal Paşayevlə biznesi olduğu da qeyd olunur.

“Özünü doğrultmuş  biznesi artıq kiminsə “krışa”sında olmadan saxlamaq mümkün deyil”

İqtisadçı Azər Mehtiyevin qənaətincə, Azərbaycanda müllkiyyət toxunulmazlığına zəmanət olmaması ölkədəki biznes, investisiya mühitinin, iqtisadi inkişafın bir nömrəli problemidir. O da məmur sahibkarlığının başlıca problem olduğunu vurğulayır. 

“Bütün səviyyələrdə bu toxunulmazlığa zəmanət verilməlidir.  İlqar İsmayılov işində yayılan məlumatlara istinad etsək, bəlli olur ki, müəyyən məmur şəbəkəsilə əlaqəli biznes qurublar. Biznes müəyyən həddə çatdıqdan sonra, belə deyək, müqavimət göstərmək istədikdə əlindən alınıb. Bu da elə Azərbaycanda biznes mühitinin ən bariz görünən elementidir. Müəyyən xırda biznesə müdaxilələr icra hakimiyyəti başçısı, polis səviyyəsində olsa da, iri biznesə müdaxilə yüksək səviyyəli dövlət məmurları tərəfindən həyata keçirilir. Bu yeni hal deyil. İri sahibkarlar da artıq qazanclarını ölkədən xaricdə investisiya etməyə meyl edirlər”.

A.Mehtiyev xırda biznes sahəsində müəyyən sərbəstlik olsa da, biznes böyüdükcə ona nəzarətin gücləndiyindən danışır.

Azər Mehtiyev - Açıq mənbələrdən götürülüb

“Xüsusilə özünü doğrultmuş və yüksək gəlirlər əldə edən biznesi artıq kiminsə “krışa”sında olmadan saxlamaq mümkün deyil. O saat həmin sahəni qamarlamağa çalışırlar. İcra hakimiyyəti başçıları həmişə deyirlər ki, daxili mənbələr hesabına abadlaşma işləri aparırıq. O daxili mənbələr nədən ibarətdir? Yerlərdə hansısa xırda sahibkarlardan götürülən vəsaitlərdir. Bütün hallarda bu müdaxilələr bütün səviyyələrdə davam edir. İri biznesə Azərbaycanda xüsusi nəzarət var”.

Ekspert siyasi qadağalar olan ölkələrdə belə iqtisadi sahədə mülkiyyət toxunulmazlığına zəmanət verildiyini qeyd edir. O, həmçinin müstəqil və ədalətli məhkəmə sisteminin olmasını da vacib sayır: “Bu olmadan qanunların icrası mümkün deyil. Ədaləti təmin edən, investisiya payında toxunulmazlıq hüququ verən mülkiyyət toxunulmazlığı və məhkəmə sisteminin olmasıdır. Bu istənilən instusional islahatların bir nömrəli məsələsidir”.

İqtisadçı islahat deyərkən biznesə başlamaqdan tutmuş müxtəlif indekslərdə Azərbaycanın yerinin yaxşılaşdırması üçün addımlar atıla biləciyini də nəzərdə tutur.

 “İş adamlarına Azərbaycanda pul kisəsi kimi baxırlar”

Deputat Razi Nurullayev prezident səviyyəsində biznesə qayğı olsa da, aşağı mərtəbələrdə iş adamlarına problem yaradıldığını bildirir.

Razi Nurullayev - Rəsmi səhifə

“İş admaları üçün gözəl şərait var deyə bilmərik. İş adamlarının çoxu səsini çıxarmır. Çünki onların bəziləri də doğru-dürüst işləyir demək olmaz. Bəziləri üzərinə qəzəb cəlb etmək istəmir. Mənimlə söhbətlərində iş adamlarınn birinin də razı qaldığını eştməmişəm. Daha çox istifadə etmək üçün vergi və rüsumları qaldırırlar. Ancaq onların cibinə baxırlar. Azərbaycanda əgər biznes mühiti şəffafdırsa, niyə ölkəyə investisiya axını azalıb? Azərbaycanda bir çox insanlar öz sərmayəsini ölkədən çıxarmağa çalışır. Çünki sabaha inamları yoxdur”, - deputat belə deyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

IDI-nin araşdırması: Azərbaycanda gəlir bərabərsizliyi ölçülüb 

31 May 2023
Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Gənc iqtisadçılar” təlimlərinin məzunlarından ibarət araşdırma qrupunun üzvləri Azərbaycanda və dünyada gəlir bərabərsizliyi, eləcə də, onun səbəblərinin ölçülməsi ilə bağlı sənəd hazırlayıb. Toplum TV xəbər verir ki, tədqiqatda "gəlir bərabərsizliyi” anlayışına nəzəri yanaşma, bu göstəricinin ölçülməsi ilə bağlı metodoloji məsələlər araşdırılıb.  Araşdırmanın nəticəsinə görə, gəlir bərabərsizliyi əsasən kapital və əmək gəlirləri arasında yaranan qeyri-bərabərlikdən törəyir.  https://toplum.tv/iqtisadiyyat/pidi-nin-arasdirmasi-azerbaycanda-erzaq-inflyasiyasi-qiymetlendirilibp Tədqiqatın Azərbaycan bağlı gəldiyi nəticələrdən biri Dövlət Statistika Komitəsinin açıqladığı məlumatların həqiqəti tam əks etdirməməsi ilə bağlıdır. Bildirilir ki, Komitə Azərbaycanda bərabərsizliyin minimum səviyyələrdə olduğunu göstərsə də, beynəlxalq araşdırmalar eynisini söyləmir. Beynəlxalq qurumların araşdırmalarına görə, Azərbaycanda varlı və kasıb təbəqənin...
İqtisadiyyat

İran bankının Bakı filialının fəaliyyəti məhdudlaşdırılıb

26 May 2023

açıq mənbələrdən götürülüb

Azərbaycan Mərkəzi Bankı (AMB) İran Milli Bankının Bakı filialının (“Bank Melli İran-Baku”) fəaliyyətini məhdudlaşdırıb. Toplum Tv xəbər verir ki, bu barədə mayın 26-da bankın filialı məlumat yayıb.  Bildirilir ki, tənzimləyici qurum kredit təşkilatına məktub göndərib və hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb edib.  https://toplum.tv/siyaset/pputin-azerbaycanin-rusiya-iran-sazisine-qosulmasini-isteyirp AMB İran həmçinin bankın fəaliyyətini yoxlayır. “Bank Melli İran-Baku”AMB-nin qərarının səbəbləri barədə açıqlama verilməyib. İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.

Seçilmiş Videolar

Toplum TV loqo