İqtisadiyyat

Azərbaycanda benzin yenə bahalaşdı

15 Sentyabr, 2021
78

Açıq mənbələrdən götürülüb

Sentyabrn 15-dən Azərbaycanda “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik ediləcək.

Müvafiq orqanlardan "Turan"a verilən məlumata görə, “Aİ-95” markalı benzinin qiyməti 1,60 AZN, “Aİ-98” markalı benzinin qiyməti isə 1,90 AZN təşkil edəcək. 

Bildirilir ki, Azərbaycanda premium və super markalı benzinin qiymətinin artmasına beynəlxalq bazarda məhsulun dəyərinə təsir edən amillər səbəb olub. 

“Aİ-95” premium və “Aİ-98” super markalı benzin Azərbaycanda istehsal olunmadığından xarici ölkələrdən idxal edilir. Məhsulun bu ölkələrdə qiymətinin artması onun idxal dəyərinə və eləcə də respublikamızdakı satış qiymətinə də birbaşa təsir edir.

Son qiymət dəyişikliyinə qədər Azərbaycana xaricdən idxal edilən “Aİ-95” premium markalı benzinin qiyməti 1,45 AZN, “Aİ-98” super markalı benzinin qiyməti 1,60 AZN təşkil edirdi.

Bununla belə, bəzi ekspertlər bildirir ki, Azərbaycanda adı keçən benzin markalarının bahalaşmasının dünya bazarları ilə əlaqəsi yoxdur, bahalaşma sırf inhisarçılıqla bağlıdır.

"Toplum TV" məsələ ilə əlaqədar araşdırmasını linki tıklamaqla oxuya bilərsiniz: Benzin niyə bahalaşdı? - Ekspert SOCAR-ı günahlandırır

İqtisadiyyat

Sahib Məmmədov: “İşəgötürən işçiyə qul kimi baxdıqca əmək məhsuldarlığı yüksək ola bilməz”

Məzahir Abdurahmanov
25 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili əmək məhsuldarlığından danışıb. Onun dediyinə görə, bu gün Azərbaycanda əmək məhsuldarlığı Avropa ölkələrindən, təxminən, 9 dəfə azdır.  “Bunun qarşısını almaq üçün təhsildə ciddi yenilənməyə ehtiyac var” – deputat belə hesab edir. Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə əmək məhsuldarlığını müəyyən edən indikatorlar olduğunu və deputatın söylədiyi rəqəmin hansı indiqakatolar əsasında, hansı tədqiqat mərkəzi tərəfindən əldə edildiyinin bəlli olmadığını bildirir.  Ancaq o da razılaşır ki, əmək məhsuldarlığı Azərbaycanda dəfələrlə aşağıdır. Liqa rəhbəri əmək məhsuldarlığının artırılması üçün çox sayda amillər olduğunu, tək səbəbin təhsil olmadığını qeyd edir. S.Məmmədovun...
İqtisadiyyat

Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyəti özünü doğruldurmu? 

Vüsalə Mikayıl
24 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

“Adı bu cür gurultulu səslənən holdinqin hesabatı olmalıdır. Amma nəyə görəsə yoxdur. Onlar ciddi işlərlə məşğul olsaydılar, ümidverici və ictimaiyyətə müsbət mesaj ötürən fəaliyyətləri olsaydı, yəqin ki, bunun açıqlamasını da verərdilər”. Bu sözləri “Toplum TV”-yə iqtisadçı ekspert Nemət Əliyev Azərbaycan İnvestisiya Holdinqinin (AİH) yaxın bir il ərzində fəaliyyətini dəyərləndirərkən deyib. Ötən ilin avqust ayında ölkə prezidentinin fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqi yaradılıb. Həmin ilin noyabrın 5-də isə növbəti fərmanla ilk dövrdə 17 dövlət şirkətinin daxil olduğu holdinqin tərkibinə Dövlət Neft Şirkəti, Azərbaycan Hava Yolları, Azərbaycan Dəmir Yolları, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Bakı Metropoliteni, "Azergold”, "Azərenerji”, "Azərişıq” və "Azərsu” kimi iri...
Seçilmiş Videolar