İqtisadiyyat

Azərbaycanda “Google Pay” ödəniş sistemi aktivləşdi

Vüsalə Mikayıl
23 Avqust, 2022
455

Azərbaycanda “Google Pay” ödəniş sistemi aktivləşdirilib.

Bu barədə “MasterCard” şirkəti məlumat yayıb.

Bildirilir ki, sistemin işə düşməsi ilə bağlı prosedurlar yekunlaşıb. 

"Azərbaycan Beynəlxalq Bankı", "Rabitəbank", "Bank Respublika", "Unibank", "Kapital Bank" və "PAŞA Bank" kart sahibləri avqustun 23-dən etibarən "Google Pay"dan istifadə edə biləcəklər.

"Google Pay" 2015-ci ilin sentyabr ayında yaradılıb, "Android" platformasında olan mobil telefonlar, planşetlər və digər "ağıllı" cihazlarda çalışır.

Bu, mahiyyət etibarı ilə əslində, mobil pul kisəsi funksiyasını daşıyır. 

“Google Pay”-dən onlayn və adi ödənişlər, mağaza və restoranlarda kontaktsız ödənişlər etmək mümkündür.

“Apple Pay” də ölkədə ötən ilin noyabr ayında istifadəyə verilib.

İqtisadiyyat

Zəngin ruslar ölkədən şəxsi təyyarələrlə qaçır - İstiqamətlərdən biri Bakıdır

28 Sentyabr 2022

Açıq mənbələrdən götürülüb

Rusiyada səfərbərlik elan edildikdən sonra şəxsi təyyarələrdə uçuşlara tələbat kəskin şəkildə artıb.  Böyük Britaniyanın “The Guardian” nəşri yazır ki, belə uçuşların əsas istiqamətləri Ermənistan, Türkiyə və Azərbaycandır – rusların vizasız daxil ola biləcəyi ölkələr. “Your Charter” şirkətinin direktoru Yevgeni Bıkov jurnalistlərə bildirib ki, səfərbərlik elan edildikdən sonra uçuşlar üçün müraciətlərin sayı dəfələrlə artıb: “Adətən gündə 50 müraciət alırdıq, indi isə 5 minə yaxındır. Tamamilə ağlasığmaz bir vəziyyət yaranıb”. https://toplum.tv/dunya/seferberlikden-qacan-ruslar-abs-da-siginacaq-ala-bilecekler Bıkov əlavə edib ki, onun şirkəti tələbatı ödəmək və qiymətləri aşağı salmaq üçün daha böyük təyyarələrdən istifadə etməyə başlayıb, lakin bu kifayət deyil: "Biz hamı üçün yer tapa bilmirik".  “The Guardian”...
İqtisadiyyat

Aİ-92 markalı benzinin aksiz dərəcəsi artırılıb

24 Avqust 2022
Azərbaycanda Aİ-92 markalı benzinin aksiz dərəcəsi artırılıb. Bu barədə Nazirlər Kabinetinin “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” qərarında bildirilib. Avqustun 23-də Baş nazir Əli Əsədovun imzaladığı qərarla Aİ-92 avtomobil benzininin aksiz dərəcəsi 42 faizdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi isə 18 faizdən 18,3 faizə qaldırılıb. Qərar sentyabrın 1-dən qüvvəyə minir. Qərara görə, Azərbaycanda istehsal edilən və qiyməti dövlət tərəfindən tənzimlənən benzin və dizelin satış məntəqələrindən Naxçıvana daşınmasına görə çəkilən artıq xərclərin qarşılanması üçün bu Qərara uyğun olaraq subsidiya veriləcək.

Seçilmiş Videolar

Toplum TV loqo