AzərTac
Bu il Naxçıvan Avtomobil Zavodunda Çin markası pikap və elektromobillərin yığılması planlaşdırılır.
İyunun 13-də APA-ya açıqlama verən "Cahan Holdinq"in satış departamentinin rəhbəri Fərhad Hüseynov deyib ki, sentyabr ayından etibarən zavodda yığılması planlaşdırılan pikaplar "ZX Avto" markasına aiddir. Zavodda ildə 300-400 pikapın yığılması planlaşdırılır.
F.Hüseynovun sözlərinə görə, avtomobilin hissələri əsasən Çindən gətiriləcək, amma bəzi ehtiyat hissələrinin Azərbaycanda da hazırlanması üçün Çin şirkətinə müraciət edilib. Şirkət icazə versə, pikapların yığılması zamanı Sumqayıt zavodlarında istehsal edilən ehtiyat hissələrindən istifadənin mümkün olduğu bildirilib.
Elektromobil istehsalına gəldikdə isə, "Cahan Holdinq"in təmsilçisi deyib ki, nümunə üçün artıq 7-8 Çin markası Azərbaycana gətirilib. Amma hələlik Naxçıvan Avtomobil Zavodunda istehsal ediləcək marka təsdiqlənməyib. Qeyd olunub ki, elektromobil markası seçildikdən sonra ilkin olaraq 40-50 ədəd 7-8 nəfər sərnişin tutumlu miniven, sedan və xeçbek tipli elektromobilin yığılması planlaşdırılır.
Elektromobillərin servis məsələsi ilə bağlı artıq "Cahan Motors" Bakıda elektromobillərin servis mərkəzinin yaradılması ilə bağlı işlərə başlandığı qeyd olunub.
Naxçıvan Avtomobil Zavodunda bundan əvvəl Çin markası olan "Lifan" avtomobilləri yığılıb. Məlumata görə, hazırda zavodda yeni “FAW” modellərinin istehsalı aparılır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb