İqtisadiyyat

Azərbaycanda internet niyə “ölür” - nazirlik bu suala cavab vermir 

Məzahir Abdurahmanov
20 May, 2021
1470

Açıq mənbələrdən götürülüb

“Azərbaycan göyə peyk göndərsə də, texnologiyada yeniliklər etsə də, internet xidmətinin həm səviyyəsi, həm qiyməti absurddur. Ona görə də mən Bakının böyründəki Kürdəxanıda belə məcburən “Azercell”in 4G internet paketini istifadə edirdim”.

Bloger Cavid Ağa “Toplum TV”-yə belə deyib.

“APA-Economics" yazır ki, bu ilin aprelində Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 38,05 Mbit/s təşkil edib. Sayt  “Spidtest” ("Speedtest”) proqramının “Qlobal indeks" göstəricisinə əsasən hesablama aparaq aşkar edib ki, mart ayı ilə müqayisədə sürət 7,2% artıb.

Bundan başqa, apreldə ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürətinin martın göstəricisi ilə müqayisədə 4,3 artdığı qeyd olunur. 

Dünya üzrə giriş və çıxış mobil trafiklərinin sürəti 53,38 Mbit/s və 12,85 Mbit/s təşkil edir.

Aprel ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 134 ölkə arasında 3 pillə geriləyərək 67-ci yerdə qərarlaşıb. Həmin ay stasionar genişzolaqlı internet trafikinin giriş sürəti 24,17 Mbit/s, çıxış sürəti isə 25,54 Mbit/s olub, mart ayı ilə müqayisədə göstəricilərin müvafiq olaraq 6,3 və 3,3 faiz artdığı bildirilir. Bununla belə, sabit internet sürəti reytinqində Azərbaycan 176 ölkə arasında 2 pillə geriləyərək 118-ci yerdə qərarlaşıb.

İT mütəxəssisi Vahid Qasımovun sözlərinə görə, pandemiyaya görə ölkədə dərslər onlayn tədris edilsə də, interneti olmayan ailələrdə uşaqlar demək olar ki, iki ildir dərs keçmir. 

O, əhalisi az olan Azərbaycanda internet problemlərinin səbəbini belə izah edir: “Biz cırtdan ölkələr arasındayıq. Amma problem ondan ibarətdir ki, əhalinin yarısı ancaq Bakıda cəmləşib, yerdə qalanı regiondadır. Regionlarda isə internetləşmə məsələsi bir az çətindir. Baxmayaraq ki, optik xətlər var. Amma o xətlər evə qədər gəlib çatmır. Ona görə də bir çox insan mobil internetdən istifadə edir”.

Vahid Qasımov

V.Qasımov iddia edir ki, problemin aradan qalxması üçün heç bir iş görülməyib: “Regionlara stasionar genişzolaqlı internet çəkmək o qədər də çətin iş deyil. Sadəcə, yetərli infrasuktur qurulmayıb. Bir ərazidə cəmi 50 ev varsa, ora internet çəkmək sərf eləmir. Optik xətti əsasən 8 bloklu 9 mərtəbəli yaşayış binalarına çəkirlər, yəni bir xətlə 80 mənzilə internet satırlar. O xətti kəndə çəkəcəksən, heç kim almayacaq”.

Ancaq V.Qasımov bunu da qeyd edir ki, internetin sürətinə görə Azərbaycan bir çox Avropa ölkəsindən qabaqdadır, məsələn, İspaniya və ya İtaliya ilə müqayisə etdikdə Azərbaycandakı internet sürəti daha yaxşıdır. 

Bloger Cavid Ağa Türkiyədə vəziyyətin infrasuktur baxımından daha yaxşı olduğunu qeyd edir. 

Cavid Ağa - Sosial Media

“Mən Azərbaycanda Kürdəxanı qəsəbəsində yaşayıram. Orada hələ də fiber-optik internet yoxdur. Masazırda var, Maştağada var, Balaxanı da var, hətta indi Şuşaya da çəkirlər. Qiymət baxımından da çox böyük fərqlər var. Məsələn, mən Kürdəxanıda “ADSL internet” - 2 Mbit/s internet üçün 12 manat pul ödəyirəm. Verilən xidmətlə müqayisədə çox böyük qiymətdir. Düzdür, Türkiyədə də problemlər var, amma mən paytaxtda yaşayıram. Qaldığım bina köhnə olsa da, fiber-optik internet çəkilib. Orda 4G ,3G kimi xidmətlər də Azərbaycanda olduğundan daha keyfiyyətlidir.”

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi isə “Toplum TV”-nin sözügedən problemlə bağlı informasiya sorğusuna belə cavab verib:

“Vətəndaşlarının telekommunikasiya xidmətlərinə olan tələblərinin ödənilməsi üçün regionlarda dayanıqlığın və keyfiyyətin təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mərhələli şəkildə bütün zəruri işlər həyata keçirilir. 

Belə ki, rabitə şəbəkəsi olan kənd və qəsəbələrdə yeni tikilən evlərin və genişlənən ərazilərin, habelə yeni salınmış yaşayış məntəqələrini telekommunikasiya xidmətləri ilə təmin etmək məqsədilə mövcud tutumun artırılması və xətt şəbəkəsinin tikilməsi istiqamətində tədbirlər görülür. Bu məqsədlə Biləsuvar, Zaqatala, Qazax rayonlarında və Şirvan şəhərində ONU tipli avadanlıqlar quraşdırılaraq istifadəyə verilmişdir. 

Bununla yanaşı, həyata keçirilən şəbəkənin müasirləşdirməsi layihəsi çərçivəsində göstərilən xidmətlərin çeşidini və həcmini artırmaq üçün mövcud mis kabel xətləri fiber-optik xətlərlə əvəzlənir və artıq kəndlərdə ilk dəfə olaraq Xaçmaz rayonunun Qadaşoba kəndində və Zərdab rayonunun Şəftəhal, Aşağı Seyidlər və Mehdililər kəndində GPON texnologiyası tətbiq edilib. 

Bildirmək istərdik ki, kəndlərdə köhnə tipli avadanlıqlar müasir avadanlıqlarla əvəz olunur, xətt şəbəkəsi təmir edilir, şəbəkənin genişləndirilməsi işləri aparılır. Prosess hazırda da davam etdirilir. Görülən işlərin nəticəsi kimi, vətəndaşların telefon və internetlə təmin olunmasında ciddi artım müşahidə edilir. 

Eyni zamanda, təlabatı nəzərə alaraq çevik telekommunikasiya şəbəkəsinin qurulmas məqsədilə 4-cü nəsil simsiz rabitə texnologiyası LTE tətbiq edilir. Artıq Sumqayıt şəhərinin ətraf ərazilərində, Abşeron rayonunun bir sıra yaşayış məntəqələrində və Xaçmaz rayonunun kəndlərində sakinlər internetlə yanaşı, digər multimedia xidmətlərindən də faydalana bilirlər. 

Qeyd edək ki, xidməti ərazimiz olan bütün regionlardan edilən müraciətlər tərəfimizdən qeydə alınır, sakinlərin telefon və internet xidmətləri ilə təmin olunması istiqamətində işlər davam etdirilir”.

Nazirlik “Toplum TV”-nin aşağıdakı suallarını cavabsız qoyub:

1. Azərbaycanda internetin sürətinin zəif olması hansı səbəblərdən qaynaqlanır?
2. Bu səbəbləri aradan qaldırmaq üçün hansı işlər görülür? 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

4 ölkə Transxəzər dəhlizi ilə bağlı Yol Xəritəsi qəbul etdi

25 Noyabr 2022

www.gov.kz

Bu gün, noyabrın 25-də Aktau şəhərində Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirləri Orta Dəhlizə (Transxəzər dəhlizi) dair Yol Xəritəsi imzalayıb. Toplum TV xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir.  Bildirilir ki, tərəflər beynəlxalq nəqliyyat marşrutlarının sürətləndirilmiş inkişafı və Xəzər-Qara dənizi regionunda əməkdaşlığın möhkəmləndirilməsi üzrə tədbirləri müzakirə ediblər və razılaşdırıblar. https://toplum.tv/iqtisadiyyat/azerbaycanda-turizmin-ne-vaxt-tam-berpa-olunacagi-aciqlanib “Tədbirin sonunda bütün tərəflər eyni vaxtda darboğazların aradan qaldırılması və “Orta Dəhliz”in inkişafı üzrə 2022-2027-ci illər üçün Yol Xəritəsini imzalayıblar ki, bu da razılaşdırılmış iş prinsiplərini, o cümlədən dəqiq parametrlərin icra müddəti və məsul tərəflər qeyd olunmaqla həyata keçirilməsini nəzərdə tutan konkret layihələri...
İqtisadiyyat

Azərbaycanda turizmin nə vaxt tam bərpa olunacağı açıqlanıb

24 Noyabr 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda turizm sektorunun yaxın iki il ərzində tam bərpa olunması gözlənilir. Toplum Tv xəbər verir ki, bunu "Report"a açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib. Onun sözlərinə görə, müsbət dinamika davam edəcək: "Ənənəvi ölkələr var ki, Azərbaycana daha çox həmin ölkələrdən xarici vətəndaşlar səfər edir. Bu ilin qış mövsümü üçün marketinq işlərini daha çox MDB, Yaxın Şərq və Avropa ölkələrində aparmışıq". https://toplum.tv/multimedia/rusiyalilarin-axini-azerbaycana-nece-tesir-edecek Rəsmi statistikaya əsasən, bu ilin yanvar-oktyabr aylarında Azərbaycana gələn xarici turistlərin sayı 118 % artaraq 1 milyon 323 min 416 nəfərə çatıb. Ötən ayın göstəricilərinə əsasən isə, Azərbaycanı seçən ziyarətçilərin regionlar üzrə payı belədir: 1. Rusiya: 33,7...

Seçilmiş Videolar

Toplum TV loqo