İqtisadiyyat
Azərbaycanda qızıl yataqları istismara veriləcək
25 Noyabr, 2020
Baxış: 168
Bu il Daşkəsən rayonunda yerləşən "Ağyoxuş”, növbəti ildə "Mərəh”, 2022-ci ildə isə "Tülallar” qızıl yatağının və "Çovdar” qızıl yatağının yeraltı (sulfid) fazasının istismara verilməsi nəzərdə tutulur.

Bu barədə noyabrın 25-də "AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.

"Avropanın ən iri polimetal yataqlarından biri hesab edilən "Filizçay” layihəsinin icrasının optimallaşdırılması nəticəsində yatağın istismarına əvvəlcə planlaşdırılan müddətdən 2 il daha tez, yəni 2025-ci ildə başlamaq mümkün olacaq. Bununla yanaşı, müvafiq olaraq Şəmkir və Gədəbəy rayonlarının ərazisində yerləşən "Qaradağ”, "Xar-xar” və "Cəyirçay” mis yataqlarının 2026-cı ildə, Balakəndə yerləşən digər polimetal yatağı – "Mazımçay”ın isə 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır",-məlumatda bildirilib.
İqtisadiyyat

Natiq Cəfərli: “SOCAR-da rəhbərlik dəyişikliyi son mərhələyə çatıb”

Aytac Məmmədli
23 Yanvar 2021

Sosial media

“SOCAR İnvestisiya Holdinqinə daxildirsə, idarəetməni də Müşahidə Şurası həyata keçirəcəksə, şirkətin rəhbərliyinə - prezident və vitse-prezidentə nə ehtiyac qalır?”   İqtisadçı Natiq Cəfərli SOCAR-da Müşahidə Şurasının yaradılması ilə bağlı "Toplum TV"-nin sualına cavab verərkən belə deyib.  Prezident İlham Əliyev yanvarın 23-də "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında" fərman imzalayıb.   Fərmana əsasən,  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-da Müşahidə Şurası yaradılıb. Dövlət şirkətlərinin qeyri-rentabelli çalışması, korrupsiya ehtimallarının yüksək olması, xərclərin şişirdilməsi ilə bağlı hökumətin son dövrlərdəki etiraflarını xatırladan N.Cəfərli deyir ki, son aylarda hətta prezident səviyəsində də...
İqtisadiyyat

Azərbaycan nefti bahalaşmaqda davam edir
 

21 Yanvar 2021

modern.az

Azərbaycan neftinin qiyməti 57 dollara yaxınlaşıb. Belə ki, dünya bazarında "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,45 ABŞ dolları və yaxud 0,80% bahalaşıb. "OilPrice.com" yanvarın 21-də xəbər verib ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 56,84 ABŞ dolları təşkil edib. Dünya bazarında "Brent" markalı neftin bir bareli isə hazırda 55.98 dollardan satılır.
Seçilmiş Videolar