İqtisadiyyat
Azərbaycanda yeni 1və 5 manatlıqlar dövriyyəyə buraxılacaq
11 Yanvar, 2021
Baxış: 65
FOTO:aba.az

Azərbaycan Mərkəzi Bankının (AMB) qərarına əsasən, 2021-ci ilin əvvəlindən tədavülə dizaynı və mühafizə sistemləri mövcud konsepsiya çərçivəsində yenilənmiş 1, 5 və 50 manatlıqların buraxılması elan edilib.


Bu barədə yanvarın 11-də AMB-dən məlumat verilib.

Məlumata görə, yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları hazırda tədavüldə olan eyni nominallı köhnə pul nişanları ilə bərabər hissə-hissə tədavülə buraxılacaq.

Bildirilib ki, koronavirusla bağlı mövcud pandemiya vəziyyəti ilə əlaqədar hazırda tətbiq olunan məhdudiyyətlər səbəbindən bir sıra qeyri-bank ödəniş təşkilatları (Modenis MMC - "eManat", Komtec Ltd. - "MilliÖN”, Expressbank ASC - "Expresspay”) istismar etdikləri nağd pul terminallarının yenilənmiş pul nişanlarına uyğunlaşdırılması (adaptasiyası) proseslərinin yekunlaşmadığına və bu proseslərin davam etdiyinə dair məlumat veriblər.

AMB məsələ ilə əlaqədar əhalinin diqqətinə çatdırıb ki, uyğunlaşdırma proseslərinin yekunlaşmasınadək belə terminallarda köhnə nümunəli pul nişanlarının istifadəsi məqsədəuyğun hesab olunur.

Yenilənmiş pul nişanları ilə bağlı əlavə məlumatın Mərkəzi Bankın rəsmi internet səhifəsindən əldə edilməsinin mümkün olduğu bildirilib.
İqtisadiyyat

Maliyyə Nazirliyi QHT-lərə müraciət etdi

27 Yanvar 2021

Azərtac

Azərbaycan Maliyyə Nazirliyi yanvarın 27-də QHT-lərə müraciət edib. Müraciətdə QHT-lərdən illik maliyyə hesabatlarını aprel ayının 1-nə qədər təqdim etmələri tələb olunur. Nazirliyin müraciətində deyilir: ""Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər. “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilib. Həmin qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib: 1. Maliyyə vəziyyəti haqqında hesabat 2. Maliyyə fəaliyyətinin nəticələri...
İqtisadiyyat

Natiq Cəfərli: “SOCAR-da rəhbərlik dəyişikliyi son mərhələyə çatıb”

Aytac Məmmədli
23 Yanvar 2021

Sosial media

“SOCAR İnvestisiya Holdinqinə daxildirsə, idarəetməni də Müşahidə Şurası həyata keçirəcəksə, şirkətin rəhbərliyinə - prezident və vitse-prezidentə nə ehtiyac qalır?”   İqtisadçı Natiq Cəfərli SOCAR-da Müşahidə Şurasının yaradılması ilə bağlı "Toplum TV"-nin sualına cavab verərkən belə deyib.  Prezident İlham Əliyev yanvarın 23-də "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında" fərman imzalayıb.   Fərmana əsasən,  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-da Müşahidə Şurası yaradılıb. Dövlət şirkətlərinin qeyri-rentabelli çalışması, korrupsiya ehtimallarının yüksək olması, xərclərin şişirdilməsi ilə bağlı hökumətin son dövrlərdəki etiraflarını xatırladan N.Cəfərli deyir ki, son aylarda hətta prezident səviyəsində də...
Seçilmiş Videolar