İqtisadiyyat

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artıb

19 İyul, 2022
512

Sputnik

Bu ilin birinci yarısında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 1,57 milyard dollar təşkil edib. Bu da ötən ilin analoji göstəricisindən 17,1% çoxdur.

Xəbəri Dövlət Gömrük Komitəsi yayıb. 

Bildirilir ki, yanvar-iyun aylarında Azərbaycan məhsullarının Rusiyaya ixracı 390,19 milyon dollar (keçən illə müqayisədə 6,8% az), Rusiyadan mal idxalı isə 1,18 milyard dollar (keçən illə müqayisədə 27,9% çox) təşkil edib.

Komitənin məlumatına görə, ilin birinci yarısının yekunlarına görə, Rusiya Azərbaycanın ticarət tərəfdaşları arasında İtaliya və Türkiyədən sonra üçüncü yeri tutub. Bu dövrdə Rusiya ilə ticarət əməliyyatlarının payı ümumi xarici ticarət dövriyyəsinin 6,33%-ni təşkil edib.

2021-ci ilin sonunda Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 12,1% artaraq 2,99 milyard dollara çatıb. Keçən il Rusiya ilə ticarət əməliyyatlarının payı Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 8,83 faizini təşkil edib.

İqtisadiyyat

Son 6 ayda Türkiyədə ev alan azərbaycanlıların sayı açıqlanıb 

Samirə Əli
10 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanlılar 2022-ci ilin ilk altı ayı ərzində Türkiyədə ümumilikdə 702 ev satın alıblar.  Bu barədə Türkiyənin milli statistika komitəsi məlumat verib. Aylar üzrə statistika isə belədir:   Yanvar - 89,  Fevral - 93 Mart - 115 Aprel - 156 May - 118  İyun – 131  Bildirilir ki, iyunda Türkiyədə mənzil alanların sayında Rusiya vətəndaşları ilk pillədə qərar tutub. Belə ki, Rusiya vətəndaşları bu ay ərzində 1887 mənzil satın alıblar. İkinci yerdə İran (987), üçüncü yerdə isə İraq vətəndaşları (807) yer alıb. https://toplum.tv/siyaset/azerbaycanli-turistler-ermenistanda-hansi-hallarda-sefer-etmek-mumkundur 2021-ci ildə İran vətəndaşları Türkiyədən 10 min 56 mənzil almaqla birinci yeri tutmuşdular. İkinci yerdə 8 min 661...
İqtisadiyyat

Payızda ölkədə un və un məmulatları bahalaşacaq?

Samirə Əli
8 Avqust 2022

Açıq mənbələrdən götürülüb

“Azərbaycan vətəndaşları sentyabr, oktyabrda piştaxtalarda un və un məmulatlarının bahalaşmasını müşahidə edəcəklər”. Bu sözləri iqtisadçı Asif İbrahimov yerli kanalların birinə verdiyi müsahibəsində bildirib. Əsas taxıl ixracatçıları olan Rusiya və Ukraynanın müharibə aparması səbəbilə dünyada taxıl böhranının olacağı proqnozlaşdırılırdı. Digər taxıl icrax edən ölkələrin də daxili tələbatı əsas gətirərək ixraca məhdudiyyətlər qoymasının prosesə mənfi təsir edəcəyi vurğulanırdı. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yaxınlarda ölkədə 100 min hektar taxıl sahəsinin quraqlıq səbəbindən məhv olduğunu açıqladı. Butün bu proseslər Azərbaycana necə təsir göstərəcək? Payızda ölkədə həqiqətən un və un məmulatları bahalaşa bilərmi? Azərbaycanın taxıl ehtiyatı Azərbaycanın nə qədər taxıl ehtiyatının olması barədə rəsmi statistika...

Seçilmiş Videolar

Toplum TV loqo