Sosial Media
“Avtobuslarda kart sisteminə keçidi bu ilin sonuna qədər bitirmək istəyirik”.
Bunu aprelin 28-də Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında deyib.
O bildirib ki, kart sisteminə tam keçid ötən ilin sonunda başa çatmalı idi, ləngiməyə səbəb pandemiya və müharibəyə olub.
Kərimli açıqlamasında onu da deyib ki, yaxın gələcəkdə kartlarda balansı onlayn formada artırmaq mümkün olacaq.
İctimai nəqliyyatdan danışarkən BNA-nın nümayəndəsi digər məsələlərə də aydınlıq gətirib.
O deyib ki, Bakıda yaradılan avtobus zolaqları bütün paytaxtı əhatə edəcək.
"Avtobus zolaqları Bakının Baş Planında yer alıb. Təklif edilən 24 küçədə xüsusi zolaqların salınması 600 minə yaxın sərnişinə xidmət edəcək", - deyə rəsmi vurğulayıb.
Vüsal Kərimli onu da bildirib ki, Vüsal Kərimli gələcəkdə avtobus dayanacaqlarının günəş enerjisi ilə işıqlandırılması nəzərdə tutulur.
Toplum Tv
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”