İqtisadiyyat
Bakıda bal yarmarkası: qiymətlər necədir? - VİDEOREPORTAJ
24 İyun, 2020
Baxış: 3120
Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda arıçılıq məhsullarının 19-cu sərgi-satış yarmarkasının açılışı olub.

Yarmarka Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.

Bu ayın sonuna qədər davam edəcək yarmarkada balın 1 kq-ı alıcılara 25-30 manata təklif olunur.

Bal yarmarkasında 371 arıçı işrirak edir.

Türkan Bəşir
Toplum TV

İqtisadiyyat

Azərbaycan nefti bahalaşmaqda davam edir
 

21 Yanvar 2021
Azərbaycan neftinin qiyməti 57 dollara yaxınlaşıb. Belə ki, dünya bazarında "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,45 ABŞ dolları və yaxud 0,80% bahalaşıb. "OilPrice.com" yanvarın 21-də xəbər verib ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 56,84 ABŞ dolları təşkil edib. Dünya bazarında "Brent" markalı neftin bir bareli isə hazırda 55.98 dollardan satılır.
İqtisadiyyat

Azərbaycan nefti yenidən bahalaşdı

20 Yanvar 2021
Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,02 ABŞ dolları və ya 1,84 % artıb. "OilPrice" platformasının yanvarın 20-də verdiyi xəbərə görə, Azərbaycan neftinin bir barelinin qiyməti son satışlarda 56,39 ABŞ dolları təşkil edib. "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınmışdı.
Seçilmiş Videolar