İqtisadiyyat

Bakıdan Londona xüsusi reyslər başlayır

23 Aprel, 2021
1003

Açıq mənbələrdən götürülüb

AZAL Heydər Əliyev Aeroportundan Londonun "Hitrou" hava limanına (IATA: LHR) yerinə yetiriləcək xüsusi reyslər üçün bilet satışına başlayır.

Bu barədə aprelin 23-də AZAL-dan məlumat verilib. 

Məlumata görə, aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından əldə etmək mümkündür.

AZAL aviaşirkəti Böyük Britaniyanın paytaxtına mayın 15-dən etibarən həftədə bir dəfə (şənbə günləri) uçuşlar icra etməyə başlayacaq, mayın 25-dən isə Bakı-London-Bakı marşrutu üzrə uçuşların sayı həftədə iki dəfəyədək artırılacaq (çərşənbə axşamı və şənbə günləri).

Ətraflı məlumatı AZAL-ın rəsmi saytından almaq mümkündür. 
 

İqtisadiyyat

Zəngin ruslar ölkədən şəxsi təyyarələrlə qaçır - İstiqamətlərdən biri Bakıdır

28 Sentyabr 2022

Açıq mənbələrdən götürülüb

Rusiyada səfərbərlik elan edildikdən sonra şəxsi təyyarələrdə uçuşlara tələbat kəskin şəkildə artıb.  Böyük Britaniyanın “The Guardian” nəşri yazır ki, belə uçuşların əsas istiqamətləri Ermənistan, Türkiyə və Azərbaycandır – rusların vizasız daxil ola biləcəyi ölkələr. “Your Charter” şirkətinin direktoru Yevgeni Bıkov jurnalistlərə bildirib ki, səfərbərlik elan edildikdən sonra uçuşlar üçün müraciətlərin sayı dəfələrlə artıb: “Adətən gündə 50 müraciət alırdıq, indi isə 5 minə yaxındır. Tamamilə ağlasığmaz bir vəziyyət yaranıb”. https://toplum.tv/dunya/seferberlikden-qacan-ruslar-abs-da-siginacaq-ala-bilecekler Bıkov əlavə edib ki, onun şirkəti tələbatı ödəmək və qiymətləri aşağı salmaq üçün daha böyük təyyarələrdən istifadə etməyə başlayıb, lakin bu kifayət deyil: "Biz hamı üçün yer tapa bilmirik".  “The Guardian”...
İqtisadiyyat

Aİ-92 markalı benzinin aksiz dərəcəsi artırılıb

24 Avqust 2022
Azərbaycanda Aİ-92 markalı benzinin aksiz dərəcəsi artırılıb. Bu barədə Nazirlər Kabinetinin “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” qərarında bildirilib. Avqustun 23-də Baş nazir Əli Əsədovun imzaladığı qərarla Aİ-92 avtomobil benzininin aksiz dərəcəsi 42 faizdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi isə 18 faizdən 18,3 faizə qaldırılıb. Qərar sentyabrın 1-dən qüvvəyə minir. Qərara görə, Azərbaycanda istehsal edilən və qiyməti dövlət tərəfindən tənzimlənən benzin və dizelin satış məntəqələrindən Naxçıvana daşınmasına görə çəkilən artıq xərclərin qarşılanması üçün bu Qərara uyğun olaraq subsidiya veriləcək.

Seçilmiş Videolar

Toplum TV loqo