İqtisadiyyat

Bərbər, dərzi və taksi sürücülərinin ödəyəcəyi tibbi sığorta haqqı məlum oldu

29 Noyabr, 2022
298

Açıq mənbələrdən götürülüb

Manat

Toylarda, şənliklərdə və digər təbirlərdə aparıcılıq, çalğıçılıq və rəqqaslıq və digər oxşar fəaliyyət, məişət avadanlığı təmiri ilə məşğul olanlar, çəkməçi, dərzi və bərbər fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən icbari tibbi sığorta haqqı “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alınarkən ödəniləcək.

Toplum Tv xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

https://toplum.tv/iqtisadiyyat/azerbaycanda-turizmin-ne-vaxt-tam-berpa-olunacagi-aciqlanib

Layihəyə görə, həmçinin Azərbaycan ərazisində fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxslər, yəni mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə ölkə ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər tərəfindən icbari tibbi sığorta haqqı “Fərqlənmə nişanı” alınarkən ödəniləcək.

Beləliklə, bu sənədin qəbulu ilə bu kateqoriyadan olan fiziki şəxslər minimum əməkhaqqının 4%-i miqdarında (12 manat) məbləğ ödəməklə icbari tibbi sığortanın xidmətlərindən bəhrələnə biləcəklər.

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Azərbaycanda bank əmanətləri vergiyə cəlb edilir

31 Yanvar 2023

Açıq mənbələrdən götürülüb

Sabahdan Azərbaycanda əmanət faizləri vergiyə cəlb ediləcək Toplum TV xəbər verir ki, bu, Vergi Məcəlləsinə edilmiş dəyişikliyin müddətinin artırılmaması nəticəsində baş verəcək.   Fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirlərinin vergiyə cəlb edilməsi təkcə yerli bankların deyil, xarici bankların filiallarını da əhatə edəcək.  Əmanət faizlərinin vergidən azad edilməsi manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra banklardan əmanət axınının qarşısını almaq üçün atılmış addımlardan biri idi. Fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirləri 2016-cı il fevralın 1-dən 7 il müddətinə vergidən azad edilmişdi.   https://toplum.tv/siyaset/pbakida-banka-huumlcum-olubp Bununla belə, bu gün o da məlum olub ki, fevralın 1-dən bəzi səhm və istiqrazlar...
İqtisadiyyat

Azərbaycanda rüşvətxorluq artıb - Hesabat

Roza Məmmədova
31 Yanvar 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycanda 2022-ci ildə korrupsiya ilə bağlı vəziyyət daha da pisləşib.  Toplum TV xəbər verir ki, bu, Beynəlxalq Şəffaflıq Təşkilatının ("Transparency International") ötən ilin yekunları ilə bağlı hesabatında öz əksini tapıb.  Belə ki, Azərbaycan təşkilatın Korrupsiya Qavrama İndeksində son 10 ildəki ən aşağı balını alıb. O, mümkün 100 baldan cəmi 23 bal almaqla 180 ölkə arasında 157-ci pillədə qərarlaşıb. Hesabata görə, Əfqanıstan, Banqladeş, Nigeriya, Tanzaniya Azərbaycandan öndədirlər.  https://toplum.tv/tv-proqramlar/pkorrupsiya-cinayet-ve-ceza-nazir-mehkemelerinden-ne-oumlyrendikp Ötən il Azərbaycan əvvəlki illə müqayisədə yeddi bal itirib, son 10 ildə isə reytinq siyahısında onun balı 25-30 arasında dəyişir. 2021-ci ildə Azərbaycan Cibuti, Toqo, Boliviya, Dominikan Respublikası, Kenya, Laos, Paraqvayla eyni mövqeləri...

Seçilmiş Videolar

Toplum TV loqo