İqtisadiyyat

"Bizi ən çox yoran tələbə qızlardı" - Bayram yarmarkasından reportaj

Məzahir Abdurahmanov
28 Dekabr, 2021
1819

Toplum TV

Yeni il ərəfəsində bir çox metrostansiyalarının yaxınlığında bayram yarmarkaları gözə dəyir. Burda daha çox bayrama aid oyuncaqlar, aksesuarlar satılır.

Şahlar Yusubov hər il bu yarmarkalardan birində  alver edir.

"Əsgərlikdən gələndən sonra alverlə məşğulam. İldə bir neçə dəfə belə yarmarkalar olur. Məsələn, bir ay Yeni İl bayramında, bir ay  Novruzda, bir müddət məktəb ərəfəsində yarmarkada işləmək  mümkündür. Qalan aylarda ya hardasa satıcı işləyirəm, ya da taksi sürürəm", - o danışır.

Toplum TV

Ş.Yusubov bu il “28 may” metrostansiyası yaxınlığında təşkil olunan yarmarkadakı çadırlardan birində müştəri yolu gözləyir.

Onun sözlərinə görə, yarmarkada işləmək üçün özü müraciət edib: "Vaxtı özümüz bilirik. Vaxtı gələndə Ticarət və Xidmət Departamentinə müraciət edirəm. Onlar da hansısa metronun yaxınlığında bir çadır verirlər. Mən də öz yerlilərimi yığıram, birlikdə işləyirik".

Şahlar Yusubov az qala hər gün “Sədərək” ticarət mərkəzindən mal alıb gətirdiyini söyləyir. Amma tez-tez  “əvvəlki alver yoxdur” deyə şikayətlənir.

“Düzü keçən il iş olmadı. Amma iki il əvvəl günə 2  min manat alver olurdu. Bu il isə 1000-1200 manat arası iş olur. Bayramdan sonra qalan malların bir çoxunda il yazıldığından gələn ilə yararsız olur. Həmin o mallar satılmayanda atılır".

"Yuxuda belə "bu neçəyədir?" sözlərini eşidirəm"

Satıcı Şahlar Yusubov belə deyir. Amma o, bəzi müştəriləri kimi qiymətlərin baha olmadığını düşünür: "Qiymətlərin bahalığı bizdən asılı deyil. Mən malları “Sədərək”dən topdansatışdan alıram. Gətirib burda tək satanda təxminən eyni qiymət olur. Ona görə də düşünürəm ki, qiymətlər normaldır".

Toplum TV

O, bəzi alıcıların onları yorduğunu da deyir, xüsusən də qızlardan narazılıq edir. "Bizi ən çox yoran tələbə qızlardı" deyir.

"Universitetdən dərs çıxışında bir qrup tələbə qız yığışıb gəlirlər. Çadıra girib başlayırlar qiymət soruşmağa, sonra bir-bir götürüb şəkil çəkdirirlər. Əllərinə götürdükləri malları da yerinə qoymurlar. Heç nə də almayıb gedirlər. Bu hər gün dəfələrlə təkrarlanır. Bir dəfə qızlardan birinə dedim ki, guya şəkil çəkdirmək 50 qəpikdi. Pul ödəməsin deyə “Bütün şəkilləri sildim” deyib çıxıb getdi".

Vətəndaşlar nə deyir?

Yarmarkaya gələn müştərilərdən qiymətdən razı olan da var, narazı qalan da.

Nigar Heydərova qiymətlərin baha olduğunu deyir: "Əlimyandıda olmasan burdan nəsə almağa dəyməz. Burdakı malları “Sədərək”də çox ucuz almaq olar. Mən hər il nə alınmalıdırsa, siyahısını tuturam, sonra da bir dəfə gedib “Sədərək”dən alıram".

Toplum TV

Müştəri Leyla Həsənli isə əksinə yarmarkaların onun işini rahatlaşdırdığını söyləyir: "Mənim bazara getməyə vaxtım olmur. Ona görə də işdən çıxanda elə burdan nə lazım olsa alıram. Düzdü qiymətlə bir az bahadır. Ancaq bəzən özləri endirim edirlər".

Bakı şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, paytaxtın 12 rayonunda 20-yə yaxın yerdə  bayram çadırları qurulub.

Yarmarkalara Bakı Şəhər Ticarət və Xidmət Departamenti nəzarət edir. Qurumdan bildirilib ki, yarmarkadakı qiymətlərlə digər satış şöbələrindəki qiymətlər arasında 10 faizə qədər fərqin olması təmin edilir.

 

İqtisadiyyat

Son 6 ayda Türkiyədə ev alan azərbaycanlıların sayı açıqlanıb 

Samirə Əli
10 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanlılar 2022-ci ilin ilk altı ayı ərzində Türkiyədə ümumilikdə 702 ev satın alıblar.  Bu barədə Türkiyənin milli statistika komitəsi məlumat verib. Aylar üzrə statistika isə belədir:   Yanvar - 89,  Fevral - 93 Mart - 115 Aprel - 156 May - 118  İyun – 131  Bildirilir ki, iyunda Türkiyədə mənzil alanların sayında Rusiya vətəndaşları ilk pillədə qərar tutub. Belə ki, Rusiya vətəndaşları bu ay ərzində 1887 mənzil satın alıblar. İkinci yerdə İran (987), üçüncü yerdə isə İraq vətəndaşları (807) yer alıb. https://toplum.tv/siyaset/azerbaycanli-turistler-ermenistanda-hansi-hallarda-sefer-etmek-mumkundur 2021-ci ildə İran vətəndaşları Türkiyədən 10 min 56 mənzil almaqla birinci yeri tutmuşdular. İkinci yerdə 8 min 661...
İqtisadiyyat

Payızda ölkədə un və un məmulatları bahalaşacaq?

Samirə Əli
8 Avqust 2022

Açıq mənbələrdən götürülüb

“Azərbaycan vətəndaşları sentyabr, oktyabrda piştaxtalarda un və un məmulatlarının bahalaşmasını müşahidə edəcəklər”. Bu sözləri iqtisadçı Asif İbrahimov yerli kanalların birinə verdiyi müsahibəsində bildirib. Əsas taxıl ixracatçıları olan Rusiya və Ukraynanın müharibə aparması səbəbilə dünyada taxıl böhranının olacağı proqnozlaşdırılırdı. Digər taxıl icrax edən ölkələrin də daxili tələbatı əsas gətirərək ixraca məhdudiyyətlər qoymasının prosesə mənfi təsir edəcəyi vurğulanırdı. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yaxınlarda ölkədə 100 min hektar taxıl sahəsinin quraqlıq səbəbindən məhv olduğunu açıqladı. Butün bu proseslər Azərbaycana necə təsir göstərəcək? Payızda ölkədə həqiqətən un və un məmulatları bahalaşa bilərmi? Azərbaycanın taxıl ehtiyatı Azərbaycanın nə qədər taxıl ehtiyatının olması barədə rəsmi statistika...

Seçilmiş Videolar

Toplum TV loqo