İqtisadiyyat

Dollar, rubl və manat – nə gözlənilir? 

Vüsalə Mikayıl
17 İyun, 2022
1295

day.az

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini qaldırdıqdan sonra dolların bahalaşması gözlənilir. Dünya iqtisadiyyatına əhəmiyyətli təsiri olan bu qərarın manatın və rublun məzənnəsinə təsiri necə olacaq? 

Amerika bank sistemi üçün daxili istiqrazların dəyərini müəyyən edən dərəcənin belə kəskin artımı 1994-cü ildən sonra ilk dəfə həyata keçirilir.  CNN qeyd edir ki, artım analitiklərin gözləntilərinə uyğundur. İyunun 10-a qədər dərəcələrin 0,5% artırılacağı gözlənilirdi, amma 1981-ci ildən bəri ən yüksək inflyasiya barədə məlumatlar dərc olunandan sonra FED-in daha qətiyyətli tədbir görəcəyi məlum olub. Federal Ehtiyat Sisteminin direktorlar şurasının rəhbəri Cerom Pauell bildirib ki, iyulda dərəcələr daha 0,5-0,75% artırıla bilər. 

Mərkəzi Bank istəmədikcə...

Qərardan sonra avronun dollar qarşısında dəyərində daha da ucuzlaşma müşahidə olunub. İqtisadçılarsa deyir ki, qazancı manat və rublla olanların taleyinin dünyadakı iqtisadi proseslərdən çox, daxili qərarlardan asılıdır. 

Milli Məclisin İqtisadi Siyasət komitəsinin üzvü Vüqar Bayramov “Facebook” postunda manatın məzənnəsinin birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılı olduğunu yazıb. Kursa təsir göstərən əsas iqtisadi faktorlar arasında deputat ölkəyə daxil olan valyutanın həcmi, Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın miqdarının sadalayır. 

“Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.

Manat lirə deyil

Ekspertlərin fikrincə, Azərbaycan iqtisadiyyatının dünya maliyyə bazarında məhdud iştirakı və dünya bazarına çıxardığı əsas məhsulun neft olması onu iqtisadi inkişafdan geri salır, amma həm də maliyə krizislərini idarə etmək imkanı verir. 

İqtisadçı Rövşən Ağayev deyir ki, FED-in qərarı dünya birjalarına inteqrasiya olunmuş açıq iqtisadiyyata malik ölkələrə daha çox təsir edir. Hansı ölkələrdə ki  milli valyutanın məzənnəsi təkcə əmtəə xidməti üzərində deyil, həm də maliyyə bazarlarında formalaşır, bu ölkələrə FED-in qərarı ciddi təsir göstərir. Ekspert bildirir ki, Azərbaycan oturuşmuş bazar institutları olan ölkə deyil. 

Ölkədə maliyyə bazarları normal fəaliyyət göstərmir: “Manatın məzənnəsi bazarda deyil,  Mərkəzi Bankın təyin etdiyi sabit məzənnə üzərində formalaşır. FED-in qərarı dolları dünya bazarlarında bahalaşdırır  və digər valyutalar qarşısında dəyər qazanır. Amma Azərbaycan bunun təsirini dollar qarşısında dəyər itirən digər valyutalarla münasibətdə  hiss edir. Azərbaycan manatı dollara bağlandığı üçün dollar qarşısında digər valyutalar hansı dinamikanı göstərirsə, eyni qaydada manat qarşısında da göstərir. Məsələn, türk lirəsi ciddi şəkildə dəyər itirir. Əgər lirə dəyər itirirsə, manat lirəyə münasibətdə bahalanır”. 
    
Nə qədər ki neft var 

İqtisadçıya görə, bir qayda olaraq, FED dollar bahalaşması ilə müşayiət olunan qərarlar verəndə adətən neft ciddi şəkildə ucuzlaşır. Neftin qiymətində kiçik dəyişiklik olsa da, ciddi təsir barədə hələ ki danışmaq olmaz. 

İqtisadçı Rusiya-Ukrayna müharibəsinə görə bazarda qıtlıq olmasının neftin kəskin ucuzlaşmasına imkan vermədiyini söyləyir. 

Onun sözlərinə görə, nə qədər ki, neftin qiyməti yüksəkdir, manatın sabitliyi üçün problem olmayacaq. 

“Azərbaycan iqisadiyyatı dinamik deyil. Hökumət valyuta bazarını tam kontrolda saxlayır. Hətta valyuta məntəqəsindən 100 dollar almaq istəyəndən də şəxsiyyət vəsiqəsi tələb edir. Valyuta alış- satışı və ölkədən çıxarılması üzərində sərt nəzarətin olduğu ölkədə hətta aşağı neft qiymətlərində belə manatın məzənnəsi üçün o qədər də təhlükə yoxdur”.  

Rusiyanın blokada sabitliyi 

O ki qaldı FED-in qərarının rus rubluna təsirlərinə, Rövşən Ağayev vəziyyəti belə izah edir: “Rusiya artıq qapalı iqtisadiyyatı olan ölkədir. İqtisadi əlaqələri əhəmiyyətlil dərəcədə məhdudlaşıb. Bu qədər məhdudiyyətlər içərisində rubl bahalaşır, nəinki ucuzlaşır. 

Faktiki olaraq, Rusiya ev təssərrüfatlarının biznesinin əvvəlki qədər xarici valyutaya - dollara tələbatı yoxdur. Bu baxımdan dolların bahalaşmasının rus rublu üçün təhlükəsi yoxdur. Çünki Rusiya iqtisadiyyatı nə qədər təhlükəli zərbə ala bilrdisə artıq alıb”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Azərbaycanla Rusiya arasında yeni gömrük postu istifadəyə verilib

17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhədində yenidən inşa olunan “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsinin açılış mərasimi olub. APA xəbər verir ki, açılış mərasimində Baş nazirin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk, Dövlət Gömrük Komitəsinin sədri  Şahin Bağırov, Dağıstan Respublikası Hökumətinin sədri Abdulmüslüm Abdulmüslümov iştirak ediblər. https://toplum.tv/iqtisadiyyat/pazerbaycan-40-50-milyard-borc-goumltuumlrmek-isteyirp Bildirilir ki, “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsində gün ərzində hər istiqamət üzrə 550-dən artıq yük və 1000-dən artıq minik nəqliyyat vasitəsinin, 30-dan artıq avtobusun və 5000 nəfərədək fiziki şəxsin gömrük sərhədindən keçidi nəzərdə tutulub. Dövlət sərhədindən buraxılış məntəqəsində nəqliyyat vasitələrinin hərəkəti üçün 13 keçid xətti müəyyən olunub ki, bu da...
İqtisadiyyat

Azərbaycan 40-50 milyard borc götürmək istəyir

17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycan yaxın illərdə borclanmaya getmək niyyətindədir.  Toplum Tv xəbər verir ki, bu barədə martın 13-də Berlində Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın bəzi şirkətlərinin rəhbərləri ilə görüşündə bu barədə danışıb.  “2030-cu il strategiyasına əsasən ölkəmizin qarşısında duran strateji hədəflərimiz üçün borc alacağıq və bu strategiyanın həyata keçirilməsi üçün toplayacağımız minimal məbləğ 40-50 milyard ABŞ dolları olacaq. Başqa sözlə, texnoloji keçidlə əlaqəli məsələlərlə bağlı borc almağa davam edəcəyik, eyni zamanda, gələcək iqtisadi planlarımızı əsas etibarilə öz ehtiyatlarımıza əsaslanaraq quracağıq”, - İlham Əliyev açıqlamasında deyib.  https://toplum.tv/siyaset/pilham-eliyev-ldquobizim-basagrisina-ve-ccedilirkli-pullara-ehtiyacimiz-yoxdurrdquonbspp “Turan” Maliyyə Nazirliyinin statistikasına əsasən məlumat verir ki, 2022-ci ilin əvvəlində Azərbaycan birbaşa xarici dövlət borcu 8,135.7...

Seçilmiş Videolar

Toplum TV loqo